Məhkəmə qərarları › İş №3(012)-853/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-853/2020

27.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-853/2020 27.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs İnqilab oğlunun iştirakı ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 18-ci küçəsi, dalan 1, ev 11 qeydiyyatda olmaqla yaşayan Şəxs İnqilab oğlu barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq QƏRARA ALDİ: Şəxs İnqilab oğlu barəsində xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialdan görünür ki, Şəxs İnqilab oğlu xx.xx.2020-ci il tarixdə ölkədə tətbiq olunmuş karantin rejimini pozduğuna görə ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə Şəxs İnqilab oğlu Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında Şəxs İnqilab oğlunun göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə ölkədə tətbiq olunmuş karantin rejimini pozduğuna görə ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Şəxs İnqilab oğlu təqsirini səmimi etiraf edərək məhkəmədə verdiyi izahatında göstərdi ki, içkili olduğu üçün hərəkətlərinə hakim ola bilməmişdir. Buna görə də Şəxs İnqilab oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 211 və 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci i l tarixli tutma protokolundan görünür ki, Şəxs İnqilab oğlu xx.xx.2020-ci il tarixdə saay 20-30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs İnqilab oğlunun inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs İnqilab oğlu barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs İnqilab oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübut edilir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs İnqilab oğluna törətmiş olduğu inzibati xətaya görə 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs İnqilab oğlunun səmimi peşmançılığını Azərbaycan Respublikasının İXM-nin 33.1.1-ci maddəsinə əsasən iş üzrə məsuliyyətini yüngülləşdirən hal və sərxoş olmasını onun məsuliyyətini ağırlaşdıran hal hesab edir Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs İnqilab oğlunun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs İnqilab oğlu Azərbaycan Respublikasının İXM-nin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdə saay 20-30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar