Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-854/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu X1 EQ ********* və EQ ********* saylı elektron protokollar və həmin protokollara hesablanmış cərimə cəzasının ləğv edilməsi barədə qətnamə çıxarılmasına dair verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş EQ ********* və EQ ********* saylı elektron protokolların və həmin protokollara hesablanmış cərimə cəzasının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X2 qaytarılmalıdır Belə ki, iş materialında olan şikayət ərizəsinə nəzər yetirərkən məlum olur ki, X3 tərəfindən şikayət düzgün tərtib olunmamış, belə ki, barəsində qəbul edilmiş qərarlar iş materiallarına əlavə edilməmiş, həmçinin hər bir qərardan ayrı-ayrı şikayət verilməli olduğu halda qərarlardan ümumi olaraq bir şikayət ərizəsi verilmişdir. Bundan başqa İlqar Əhmədov mübahisələndirilən həmin qərarlarla qəbul edilmiş cərimə cəzasının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, ərizənin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərarlardan X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X3 tərəfindən ləğv edilərək, icraata xitam verilməsi nəzərdə tutulmuş EQ ********* və EQ ********* saylı elektron protokollar və həmin protokollara hesablanmış cərimə cəzasının ləğv edilməsi barədə qətnamə çıxarılmasına dair verilən şikayət ərizəsi qanunvericiliyə uyğun tərıtib olunmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə, ona əlavə olunmuş sənədlərlə birlikdə sonuncuya qaytarılmalı və qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqları aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ ********* və EQ ********* saylı elektron protokollar və həmin protokollara hesablanmış cərimə cəzasının ləğv edilməsi barədə qətnamə çıxarılmasına dair verilmiş şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ X2 izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-854/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-854/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver