Məhkəmə qərarları › İş №3(012)-855/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-855/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-855/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi ilə, Bakı şəhəri X4 İdarəsinin 10.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: 10 aprel 2021-ci il tarixdə X2 barəsində tərtib edilmiş TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, inzibati xəta 10 aprel 2021-ci il tarixdə baş vermiş, həmin tarixdə də tərtib olunmuşdur. İş materiallarından göründüyü kimi, X2 barəsində qəbul edilmiş qərarı 10 aprel 2021ci il il tarixdə tərtib olunmasına baxmayaraq, nə qərar, nə də qərarı nə vaxt aldığına dair sənədi şikayətinə əlavə etməmiş, şikayət 01 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuş və bununla da qanunvericiliklə müəyyən edilmiş şikayət müddətini pozmuşdur. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi, şikayət düzgün tərtib olunmamış, barəsində şikayət verilən qərar əlavə olunmamış, həm də X2 şikayət müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət etmə müddəti buraxıldığına və şikayət müddətinin bərpa edilməsi barədə vəsatət verilmədiyinə görə, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən 10 aprel 2021-ci il tarixli protokoldan verilmiş şikayət geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar