Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-855/2022 04.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Pİ-nin İTŞ-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Naxçıvan MR Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Pİ-dən daxil olmuş 01.06.2022-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 01.06.2022-ci il tarixdə ərizə ilə Abşeron RPİ-nə müraciət edərək 31.05.2022-ci il tarixdə saat 16:30 radələrində naməlum şəxsin yaşadığı binanın giriş dəhlizində saxladığı övladına məxsus 200 manat dəyərində “Start” markalı velosipedi barədə məlumat vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 28.03.2022-ci il tarixdə ərizə ilə Abşeron RPİ-nə müraciət edərək 100 manat dəyərində “Samsung” markalı mobil telefonunu talamışdır. Məhkəmə iclasında Abşeron rayon Pİ-nin İTŞ-nin sahə rəisi X4 bildirdi ki, Quliyev X1 Ramil Arif oğlunun yaşadığı binanın giriş dəhlizində saxladığı övladına məxsus 200 manat dəyərində “Start” markalı velosipedi və 535 nömrəli avtobusda Zərərçəkmiş şəxs2 məxsus 100 manat dəyərində “Samsung” markalı mobil telefonunu talamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə MN ******* saylı, 01.06.2022-ci il tarixli və MN ******* saylı, 02.06.2022-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmişdir Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərdi ki, o, əməlindən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında AZA 013907 №-li protokoldan görünür ki, Şəxs 01.06.2022-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Şəxs ona olan 200 manat borcunu ödəmiş, buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Şəxs ona olan 100 manat borcunu ödəmiş, buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs , zərərçəkmiş şəxslər inzibati xəta törətmiş X3 ilə barışdığına, onlara dəymiş ziyanın ödənildiyinə və iş üzrə icraata xitam verilməsini xahiş etdiyinə görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatlar ilə digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-855/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-855/2022
04.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver