Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-855/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X7, zərərçəkmiş şəxs 2019-cu il təvəllüdlü X3 qanuni nümayəndəsi və zərərçəkən olaraq X1 və onun vəkili İsmayılbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X10 bildirdi ki, ünvan 3 ünvanında yaşayan Aysel Həmidova xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək qaynanası Solmaz Həmidovanın onu boğmağa cəhd göstərməsi, ərinin onu və övladını döyməsi, evdən qovması və şiddətə məruz qalması barədə məlumat vermişdir. Aparılan araşdırma nəticəsində Şəxs arvadı Solmaz Həmidovanın və azyaşlı oğlu Əbülfəz Həmidovun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, oğlunun ad günündə yoldaşı yemək bişirmiş, lakin həmin yeməkdən onun anasını yeməyə qoymamışdır. Səbəb kimi isə evə qazanc gətirənin onun olduğunu bildirmişdir. O, əlavə olaraq oğlu Əbülfəzi və arvadı Solmaz Həmidovanı vurmadığını göstərmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, aprel ayının 4-də onu qaynanası boğmuşdur. Daha sonra, ayın 5-də əri ilə mübahisə etmiş, əri və qaynanası birlikdə onu evdən çıxıb getməsini tələb etmişdir. Əri ona uşağın şüşə butulkasını atmış, daha sonra isə onu divara vurmuşdur. Buna görə də o, dərhal 102 xidmətinə məlumat vermişdir. Daha sonra, oğlunun ad günündə oğlunun onu daha çox istəməsi səbəbindən qaynanası ilə evdə mübahisələr olmuşdur. O və oğlu Əbülfəz əri və qaynanası tərəfindən döyülmüşdür. O, oğlunun aldığı xəsarətlərin şəklini çəkmişdir. O, bu barədə 102 xidmətinə məlumat vermişdir. Onun işi Cəlal Hacıyevin icraatına verilmişdir. Cəlal ona hədə-qorxu gələrək şikayətinin geri götürməsini tələb etmişdir. Daha sonra o, Polis İdarəsinin qarşısında Şəxs tərəfindən döyülmüşdür. Sonda o, Şəxs barəsində inzibati həbslə bağlı olan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 vəkili İsmayılbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil1 bildirdi ki, Şəxs tərəfindən Aysel Həmidova və sonuncunun oğlunu vurmuşdur. Buna görə də Şəxs barəsində inzibati həbslə bağlı olan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil2 bildirdi ki, zərərçəkmiş şəxs Aysel Həmidovanın aldığı xəsarətlər müxtəlif səbəblərdən yaranmışdır. hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2023cü il tarixli, 665 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - boyun nahiyəsinin qançırı fonundakı sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli, 691 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X2 almış olduğu xəsarətlərdən - boyun nahiyəsinin qançırı fonundakı sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-8 gün əvvəl olmaqla, müayinə olunan şəxsin qeyd etdiyi müddətə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlirlər - Hər iki bazunun və sol baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 1-3 gün əvvələ qədər olan müddətə uyğun olmaqla, müayinə olunan şəxsin qeyd etdiyi müddətlərə, yəni 08 və 09 aprel 2023-cü il tarixlərə uyğun gəlirlər - Qeyd olunan xəsarətlər müayinə olunan şəxsin göstərdiyi şəraitə, yəni kənar şəxs (lər)-in bədən hissəsinin təsirindən yarana bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 692 nömrəli rəyindən görünür ki, 2019-cu il təvəllüdlü vətəndaş X3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - alın nahiyəsinin dərialtı hematoması küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 4-7 günə qədər olmaqla qərarda qeyd olunan müddətə və şəraitə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdi; sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə görə isə, Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə işin faktiki hallarına və fotoşəkillərə hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 20:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-855/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-855/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver