Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-855/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, Şəxs nümayəndəsi-vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci, 253.5.1-ci və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci, 253.5.1-ci və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 518 ünvanında aparılan tikinti və abadlıq işləri zamanı 2 (iki) ədəd ağacın məhv edilməsi, yaşıllıqların zədələnməsi və söküntü zamanı formalaşan tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi faktı aşkarlanmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.3.1, 253.5.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan Vüqar Həsənovun “Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində polis idarəsinin yanında ağcaların kəsilməsi” ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli İD22805 nömrəli məlumatı İdarənin xx.xx.2024-cü il tarixli 030 saylı sərəncamına əsasən tərəflərindən Xırdalan Bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırmada iştirak edən özünü Şəxs nümayəndəsi kimi təqdim edən Şahid ərazidə hündürmərtəbəli yaşayış binasının tikiləcəyini bildirmişdir. Həmçinin ərazinin mülkiyyətdə olması ilə bağlı çıxarış sənədini təqdim etsə də, tikintinin aparılması ilə bağlı layihə sənədlərini təqdim etməkdən, söküntü zamanı əmələ gələn bərk tullantıların yerləşdirmə yerlərini bildirməkdən və bunlarla bağlı yazılı izahat verməkdən imtina etmişdir. Təqdim olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış sənədinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 518 ünvanında yerləşən sənaye, nəqliyyat və s. təyinatlı 0,4288 ha torpaq sahəsinin Şəxs xüsusi mülkiyyətinə verildiyi müəyyən edilmişdir. Keçirilən baxış zamanı ərazidə mövcud olan köküstü yaş halda 1 ədəd zeytun, 1 ədəd akasiya ağacının kökündən çıxarılaraq məhv edildiyi və 5 ədəd zeytun ağacına zədələr yetirdiyi müəyyən edilmişdir. Sözügedən yaşıllıqlar ərazidə tikinti işlərinin aparılması məqsədilə ərazidə mövcud olmuş ikimərtəbəli tikilinin ağır texnika vasitəsilə söküldüyü zaman baş verdiyi müəyyən edilmişdir. Eyni zamanda ərazidə mövcud olan köküstü yaş halda 26 ədəd zeytun, 2 ədəd sərv, 35 ədəd şam, 6 ədəd tut, 8 ədəd albalı, 4 ədəd əncir, 2 ədəd armud, 5 ədəd heyva, 2 ədəd alma, 1 ədəd xurma, 1 ədəd zoğal, 2 ədəd dəfnə ağacı, 2 ədəd ərik, 1 ədəd yasəmən olmaqla, ümumilikdə 99 ədəd ağacı, 5 ədəd nar, 1 ədəd fındıq, 10 ədəd qarağat, 3 ədəd həmişəyaşıl, 4 ədəd birgöz, 10 ədəd qızılgül olmaqla, 33 ədəd kol, 3 ədəd üzüm tənəyi, 28 ədəd müxtəlif cinsli ağac tingələri olmaqla, ümumilikdə 160 ədəd yaşıllığın bioloji inkişafda olduğu müəyyən edilmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 10 və 13-cü maddələrinin, “Ətraf mühitin mühafizəsi” haqqında Qanunun 47-ci maddəsinin, “Tullantılar haqqında” Qanunun 9, 10, 11 və 12-ci maddələrinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” haqqında qaydanın təsdiq edilməsinə dair 421 saylı Qərarına əsasən hesabat aparılmış və ətraf mühitə 520 manat ziyan vurulduğu aşkarlanmışdır. Həmçinin ərazidə kəsilmiş ağacların foto-şəkilləri çəkilmişdir. Qeyd edilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi-vəkili X2 izahatında bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 253 3 1 253.5.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1, 253.5.1 və 266.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək, Şəxs MTK barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1, 253.5.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri X4 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında” qərarına əsasən Şəxs sədri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə göstərişi əsasında meşə fondunda daxil olmayan yaş köküstə bioloji inkişafda olan müxtəlif növ ağac və kolların, ümumilikdə 118 ədəd yaşıllığın qanunsuz götürülməsi faktına əsasən AR CM-nin 259.2.3 və 259.2.4.-cü maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Nəzərə alsaq ki, qeyd olunan qərarın qəbul edilməsi İXM-nin 53.1.7.-Cİ maddəsinə əsasən Şəxs MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1, 253.5.1 və 266.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanuni əsasdır, belə olan halda həmin qərarın və digər istintaq materialların təsdiq edilmiş surətlərinin Abşeron Rayon Polis İdarəsindən götürülməsi olduqca mühüm əhəmiyyət kəsb edir. İXM-nin 53.1.7,-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd etdiklərinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Bununla da, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci, 253.5.1-ci və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara, proses iştirakçılarının izahatlarına əsasən inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Buna görə də işdə cinayət tərkibi əlamətləri olduqda yəni həmin hərəkətlər barəsində cinayət işi başlanıldığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal kimi qeyd edilmişdir. İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı vəziyyətdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci, 253.5.1-ci və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci, 253.5.1-ci və 266.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(012)-855/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-855/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver