Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-856/2020 29.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nəbiağalı kəndində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Sumqayıt yolunun kənarı, fərdi yaşayış evin pəncərədən daxil olaraq, evdə olan bankadakı 50-60 manat məbləğində qəpik və kağız pulu gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində, 525 saylı marşurut avtobusunda Zərərçəkmiş şəxs2 məxsus içərisində 15 manat və Ekspress banka aid bank kartı olan pul kisəsini gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, A.Mustafayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə aid 100 manat dəyərində qaz sayğacını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən avtoyuma sexindən 250 manat dəyərində tozsoranı gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə pəncərədən daxil olaraq, 02 ədəd 100 manat dəyərində üzüyü gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sumqayıt yolunun kənarı, fərdi yaşayış evdə yaşayan Zərərçəkmiş şəxs1 polis idarəsinə ərizə ilə müraciət edərək, yaşadığı evdən bankada yığdığı 50-60 manat məbləğində qəpik və kağız pulun, Zərərçəkmiş şəxs2 polis idarəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində, 525 saylı marşurut avtobusunda olan zaman ona məxsus içərisində 15 manat və Ekspress banka aid bank kartı olan pul kisəsinin, Abşeron rayonu, Masazır qəsəbəsi, A.Mustafayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs3 polis idarəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evinə aid qaz sayğacının, Zərərçəkmiş şəxs4 polis idarəsinə ərizə ilə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən avtoyuma sexindən tozsoranın və Zərərçəkmiş şəxs5 polis idarəsinə ərizə ilə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evindən 02 ədəd üzüyün oğurlanması barədə şikayətlər etmişlər. Həmin şikayət əsasında Abşeron rayon polis idarəsində araşdırma aparılmış, qeyd olunan oğurluqların Gəncə şəhəri, Nəbiağalı kəndində yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluq əməlini törətmişdir. Pula ehtiyacı olduğundan qeyd olunan oğurluqları törətmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 002137 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-856/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-856/2020
29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver