Məhkəmə qərarları › İş №3(012)-856/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-856/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-856/2022 16.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru və qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 491.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs ünvanına Türkiyə Respublikasının “X4 Havvancilik Sanavi ve Ticarat” şirkətindən 16APY622 nömrə nişanlı yük avtomaşınında 47000 ədəd olmaqla 1600 kq bir günlük cücə yükü daxil olmuş, sözügedən mallar Bakı Bas Gömrük İdarəsində **********7570 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin gömrük bəvannanməsinin 27-ci qrafasında qeyd edilən malların boşaldıldığı ver olan Abşeron ravonu, Məmmədli, Xəqani ünvanında (Məhəmədli qəsəbəsində) yerləşən fabrikdən kənar bir fabrikə aparılmamış, həmin yüklər Şəxs MMC-və məxsus olan Abşeron ravonu, Məhəmədli qəsəbəsində yerləşən fabrikdə gömrük əməkdaşının iştirakı və icazəsi olmadan özbaşına olaraq boşaldılmışdır. Buna görə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs MMC-in göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-in direktoru və qanuni təmsilçisi X2 inzibati xətanı etiraf edərək bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan “Astel LTD’’ MMC-nin direktorudur, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 16APY622 nömrə nişanlı yük avtomaşınında “cücə” yükü daxil olmuş, həmin mallar Bakı Bas Gömrük İdarəsində **********7570 sorqu nömrəli xx.xx.2022ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, direktoru olduğu Şəxs MMC-nin əməkdaları onun tərəfindən verilən tapşırıq əsasında gömrük orqanının icazəsi olmadan Abşeron rayonu Məhəmədli qəsəbəsində yerləşən fabrikdə 16APY622 nömrə nişanlı yük avtomaşınında olan “cücə” yükünü boşaltmışdılar. Göstəriş verməyinin səbəbi kimi uzaq məsafədən gəlməyini nəzərə alaraq gətirdiyi yük olan cücələrin qida ehtiyaclarının ödənilməsi vacib olmuşdur. Əməli səmimi etiraf edir, yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər, eyni zamanda "Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildirişləri göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və sonuncu tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 34/017/010740 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasının “X4 Hayvancilik Sanayi ve Ticarat” şirkətindən 16APY622 nömrə nişanlı yük avtomaşınında 47000 ədəd olmaqla 1600 kq cücə yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********7570 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. xx.xx.2022-ci il tarixdə **********7570 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə üçün bəyan edilmiş yük rəsmiləşdirmə başa çatmadan Abşeron rayonu, Məhəmədli qəsəbəsində yerləşən fabrikdə 16APY622 nömrə nişanlı yük avtomaşınında gömrük nəzarəti altında olan mallar gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. Barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Şəxs nümayəndəsi hüquqi şəxs Şəxs MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanının (AR Dövlət Gömrük Komitəsi) icazəsi olmadan gömrük nəzarəti altında olan malların daşımalarını etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.1-ci maddəsinə əsasən gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya və avadanlıqdan istifadə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə görə mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.2-ci maddəsinə görə malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin işin halları ilə bağlı verdiyi izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXMnin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin qanuni təmsilçisinin əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar