Məhkəmə qərarları › İş №3(012)-856/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-856/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-856/2025 06.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Abşeron DYP-nin polis kapitanı Şirvan Abbasovun, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 X7 Polisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə 77PE868 dqn nəqliyyat vasitəsi ilə gecə saat 04.00 radələrinə buzlu hava şəraitində rayondan gələrkən Qurtuluş yaşayış kompleksinin giriş hissəsində işıqforda nəqliyyat vasitəsinin dayandığını gördü. Yolun buz bağlaması və üstən aşağı olmasını nəzrə alaraq səs siqnalından istifadə edərək qarşıda işqıforda dayanan nəqliyyat vasitəsinə xəbərdarlıq etməyə başladı. O işıqfora çatana yaxın dayanan nəqliyyat vasitəsi əks istiqamətdə dönərək qarşısına çıxdı. Nəqliyyat vasitəsinə çırpılmamaq üçün məcburən ayağını əyləcə basdı, lakin nəqliyyat vasitəsi idarəçilikdən çıxaraq yolun buz olması səbəbindən sürətlə axmağa başladı. Nəqliyyat vasitəsi idarəçilkdən çıxaraq yolun kənarında səkiyə çırpıla çırpıla sürüşməyə başladı. Başı dəydiyindən huşu itmiş, nə qədər huşsuz olmağından xəbəri olmamışdır. Ayılanda artıq ətrafında bir neçə adamın olduğunu ona kömək etdiklərini gördü. Xəsarəti olmadığından ev yaxın olduğundan nəqliyyat vasitəsi hərəkət edə bildiyindən orda olan adamların köməkliyi ilə yola çıxaraq evə gedib səhərin tam açılmağını gözlədi. Səhər açılan kimi X8 Şöbəsinə yaxınlaşaraq hadisə barədə məlumat verdi. Hadisə qeydiyyata alındı, xəsarət alanın olmadığı soruşuldu, izahatı alınaraq əlaqə saxlayacaqları bildirildi. Sonra sığorta ilə əlaqə saxladı, bildirdilər ki. polisdən arayış alıb gətirin kasko sığortaya əsasən ziyan ödənilsin. Siğorta pulunun alnması üçün sənəd istəsə də dedilər hazır edib xəbər edəcəyik. Lakin hadisədən 8 gün keçdikdən sonra heç bir xəbər gəlmədiyndən 102 xidmətinə şikayət etdi ki, araşdırma aparılmır, nəqliyyat vasitəsi isə təmirsiz qalıb, sığorta təmir etmir. Bu günədək şikayətinə baxılıb cavab verilməmişdir. xx.xx.2025-ci il tarixdə yaxınlaşıb şöbədən arayışı tələb etsə də məlum oldu ki, onun barəsində xx.xx.2025-ci il tarixdə İXM ******* saylı protokol tərtib edilmişdir. Protokoldan görünür ki, guya İXM 327.6ci maddəsinin tələbləri pozularaq hadisə yerindən qaçmışdır. Hesab edir ki, qəsdə hadisə törətməmiş, yol buz olduğu üçün sürüşmə olmuşdur, heç kimə xəsarət və ziyan vurmamış, özü polisə yaxınlaşıb hadisə barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə İXM ******* saylı protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Abşeron DYPnin polis kapitanı Şirvan Abbasov protokola uyğun izahat verməklə X1 şikayətinin əsassız olduğunu, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 Polisi İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 yol hərəkəti qaydasını pozduqdan sonra yol nəliyyatı hadisəsindən yayınması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. X7 Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişX2 tərəfindən Abşeron RPİnin DYPŞ-yə yazdığı izahat tədqiq edilərəkən müəyyən edilmişdir ki, X2 idarə etdiyi “Hyundai Santa FE” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşıdakı avtomobil anidən dayanmış, avtomobili vurmamaq üçün avtomobili sağa döndərib yolun sağında olan reklam dirəyinə çırpılmış, sonra hadisə yerindən getmiş, DİN-in 102 zəng xidmətinə məlumat vermiş, hadisə zamanı bədən xəsarəti alan olmadığını bildirmişdir. İzahatını imzası ilə təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Belə ki, X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclasında təqdim edilmiş X1 Abşeron RPİ-nin DYPŞ-yə yazdığı izahata əsasən müəyyən edilmişdir ki, X1 yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Abşeron DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar