Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-857/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 və protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis idarəsinin, polis sahə rəisi, polis mayoru X3 bildirdi ki, Şəxs 12 iyun 2021-ci il tarixdə, saat 17.00 radələrində Saray qəsəbəsində Mətanət Hüseynzadənin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu bildirdi. Ona görə də yüngül inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid Mətanət Salmanova bildirdi ki, Saray qəsəbəsində yaşayır. Şəxs onun mobil telefonuna müxtəlif nömrələrdən zəng etməklə, mesaj yazmaqla narahat edir. o, dəfələrlə Anarın qohumlarına bu barədə bildirsə də, sonuncu onu küçədə təqib etməkdən əl çəkmir. Şəxs küçədə onun ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən də aralarında sonuncu dəfə ictimai yerdə mübahisə baş vermişdir. Şəxs tez tez onu zəng və mesajlarla narahat edir. Əvvəllər də dəfələrlə o, Şəxs xəbərdarlıq etmiş, lakin sonuncu heç nəyə məhəl qoymadan qanunsuz əməllərindən əl çəkməmişdir. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 inzibati qaydada icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, protokol tərtib etmiş şəxsi, inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan tutuma qərarından görünür ki, Şəxs 02 iyun saat 18.30 radələrində inzibati qaydada tutulmuşdur. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri qəsəbə sakinlərinin ictimai qınağına səbəb olduğundan, həm də gələcəkdə təkrar baş verməsinin qarşısının alınması məqsədilə ona həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 425, 426, 430-432-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 02 iyun 2021-ci il, saat 18:30 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-857/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-857/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver