Məhkəmə qərarları › İş №3(012)-857/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-857/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-857/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Abşeron rayon prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən vəzifəli şəxs Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən "xxxx" MMC-də baş direktor işləyən vəzifəli şəxs Şəxs ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin operator vəzifəsində işləyən X2 xx.xx.2023-cü il tarixdə işdə olan zaman vaqondan taxılın boşadılması işləri ilə əlaqədar siyirmənin dairəvi dəstəyinin fiksatırının öz-özünə düşməsini istisna edən tədbirlərin görülməsi təmin edilmədiyinə görə “İstehsalat prosesləri” ГОСТ 12.3.002-75 DST-nə/ Dövlət standartına 1.1, 2.7.1 bəndlərinin, “Təşkilat, idarə, müəssisələrinin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 12-ci bəndinin tələbələrini təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.5, 10.6 və 10.11-ci bəndlərinin tələbləri pozulmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Abşeron Rayon Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Abşeron Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Abşeron Rayon Prokurorluğunun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və Pataloji Anatomiya” X5 xx.xx.2023-cü il tarixli 1484 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X2 məhkəmə-tibbi və kilniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətsol əlin İV barmağının distal (uc) falanqasının qapalı-qəlpəli yerdəyişən sınığı-bərk küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2023cü il tarixdə hərəkətdə olan dəmir hissələri arasında qalaraq sıxılmadan əmələ gəlməsi istisna olunmur; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Təhlükəsizlik Texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 263-C-23 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «İstehsalat prosesləri» ГОСТ 12.3.002-75* DST-nə /Dövlət standartına/ 1.1, 2.7.1 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. Vaqondan taxılın boşaldılması işləri ilə əlaqədar siyirmənin dairəvi dəstəyinin fiksatırının öz-özünə düşməsini istisna edən tədbirlərin görülməsi təmin edilmədiyinə və işçilər tərəfindən görülən işlərə nəzarət edilməsi təşkil olunmadığına görə, «İstehsalat prosesləri» ГОСТ 12.3.002-75* DST-nə /Dövlət standartına/ 1.1, 2.7.1 bəndlərinin, «Təşkilat idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin tələbləri «Carlsberg Azerbaijan MMC-nin direktoru tərəfindən pozulmuşdur. Abşeron rayon prokurorluğunun köməkçisi, İİ dərəcəli hüquqşünas X1 xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış 263-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi və «Carlsberg Azerbaijan MMC-nin direktoru Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati məsuliyyət cəlb edilməsi barədə rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, Litva Respublikasının vətəndaşı Şəxs (MYİ- 0679664) xx.xx.1981-ci ildə Litva Respublikasında doğulmuş, ali təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, X7 park blok x, mənzil 34 ünvanında yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsa tərcümə olunaraq göndərilməsi və Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah olunması, qərar və toplanmış materialın baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi daşıyan Şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması səbəbindən X4 xx.xx.2023-cü il tarixdə işdə olan zaman vaqondan taxılın boşaldılması işləri zamanı barmağı hərəkətdə olan dəmir hissələri arasında qalaraq sıxılma nəticəsində az ağır xəsarət almışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar