Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-859/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 22 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MTK-ya Abşeron rayonu, Saray qəsəbəsində 10 ədəd yaşayış binasının istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən olunmuş müddətdə komitəyə təqdim edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 007 saylı Tikinti obyektinin istismarına verilmiş icazəyə əsasən "xxxx" MTK-ya ünvan 1 ünvanda 10 ədəd, 1 girişli zirzəmili 14 mərtəbəli yaşayış binaları tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini X1, 1 saylı ərazi sektorunun böyük məsləhətçisi X2 və 4 saylı ərazi sektorunun baş məsləhətçisi X3, Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli 3-35/3-1-62/2024 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixindən 15 (on beş) gün müddətində Abşeron rayonunun inzibati ərazisində rayon icra hakimiyyəti tərəfindən şəhərsalma fəaliyyəti sahəsində aparılan işlər səyyar qaydada araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 007 nömrəli istismarına icazə sənədi ilə "xxxx" MTK-ya Abşeron rayonu, Saray qəsəbəsində 10 ədəd, 1 girişli zirzəmili, 14 mərtəbəli yaşayış binalarının istismarına icazə vermişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalar”nın tələblərinə əsasən istismarına icazə verilən bu obyektlər barədə sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməli olduğu halda, bu günədək təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Bu tikinti obyektlərinin tikintisinə icazə verilməsindən uzun müddət keçməsinə baxmayaraq, inzibati xətalar İXM-nin 38.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixində aşkar edilmişdir. Abşeron RİH-in xx.xx.2024-cü il tarixli 5-29/2- 46/2024 nömrəli məktubuna əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsi 2022-ci ilin may ayından etibarən hazırkı dövrədək Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Şəxs həvalə edilmişdir. Şəxs izahatında bildirmişdir ki, həqiqətən də bu işlər ona həvalə edilmiş, lakin iş qrafikinin gərgin olduğuna görə sənəd və məlumatları vaxtında təqdim edə bilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetırilməməsı və ya lazımınca yerinə yetirılməməsi ilə bağlı inzibati xətalara görə inzibatı məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə va müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifəli xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 007 saylı Obyektin Tikintisinə icazə sənədinə əsasən "xxxx" MTK-ya ünvan 1 ünvanda 10 ədəd, 1 girişli zirzəmili 14 mərtəbəli yaşayış binalarının tikintisinə icazə ilə bağlı məlumatlar vəzifəli şəxs olan Şəxs tərəfindən qanunla müəyyən olunmuş müddətdə reyestrə təqdim edilmədiyi üçün o, inzibati xətanın törədilməsində təqsirli bilinməli və sonuncuya həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-859/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-859/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver