Məhkəmə qərarları › İş №3(012)-86/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-86/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-86/2024 31.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kamranlı Günel Ramiz qızının katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Abşeron rayonu, Müşviq qəsəbəsi yaxınlığında “Ford” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşınla yükdaşıma fəaliyyəti göstərərkən tərəflərindən f/n proqram təminatı vasitəsi ilə aparılan yoxlama zamanı fərqlənmə nişanının olmaması aşkarlanmış, o cümlədən, əməkdaşın xidməti vəzifəsinə maneə olaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin kiçik inspektoru X2 izahat verərək bildirdi ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin əməkdaşları 06 dekabr 2023-cü il tarixində Abşeron rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirdikləri zaman vətəndaş Şəxs “Ford” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yükdaşıma fəaliyyəti həyata keçirərkən əməkdaşların xidməti vəzifələrini yerinə yetirməyə mane olaraq qanuni sənədləri təqdim etməmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin kiçik inspektoru X2 əlavə olaraq qeyd etdi ki, qeyd edilən avtomobili sürən şəxs əməkdaşların qanuni tələblərini yerinə yetirmədiyindən onun kimliyi məlum olmamışdır. Ona görə də, avtomobil üzrə sonuncu etibarnamə kimə verilmişdirsə inzibati xəta haqqında protokolda həmin şəxs barəsində tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini qeyd edərək bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən “Ford” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşın onun qaynatasına məxsusdur və müəyyən sənədləşmələrə görə qısa zaman öncə onun adına etibarnamə yazmışdır. Lakin həmin avtomobili heç vaxt idarə etməmiş və ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin əməkdaşları tərəfindən saxlanılmamışdır. Ona görə də, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin kiçik inspektoru X4 və kiçik mütəxəssisi X3 tərəfindən tərtib edilmiş “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” xx.xx.2023-cü il tarixli 163 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində “Ford” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşın Abşeron rayonu ərazisində yükdaşıma fəaliyyəti göstərərkən yoxlama zamanı fərqlənmə nişanı olmadığı aşkar olunmuş və sürücü sənəd təqdim etməmişdir. Pozuntunu törədən şəxsin Şəxs olması aşkarlanmış və o, izahat verməkdən imtina etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə Abşeron rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirərkən “Ford” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşının yükdaşıma fəaliyyəti ilə məşğul olduğunu və fərqlənmə nişanının olmadığını müəyyən etmişdir. Lakin qeyd edilən avtomobilin kim tərəfindən idarə olunması müəyyən edilməmişdir. Həmçinin protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında da sözügedən yük avtomobilinin sürücüsünün şəxsiyyətinin sonuncu etibarnaməyə əsasən müəyyən edildiyini bildirmişdir. Hətta inzibati xəta haqqında protokola əlavə edilmiş “Ford” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin foto şəkili əlavə edilsə də, həmin avtomobilin sürücünün kimliyi belə öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə bu halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll etməklə inzibati xəta tərkibi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48 51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar