Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-860/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxslər X3, X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Rəsullu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 02, bina 10, ev 190-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(005)- 2717/2020 saylı icra vərəqəsinə əsasən 15.03.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat və uşaq 3 yaşına çatanadək iddiaçınn saxlanması üçün 50 manat pul məbləğində aliment 29.07.2020-ci il tarixdən başlayaraq, Şəxs tutulub, tələbkar X5 verilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2(001)-2460/2021 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.01.2018-ci il tarixli, 2(001)-1181/2018 saylı icra vərəqəsitutulan aliment məbləği artırılaraq, 02.06.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment 20.04.2021ci il tarixdən başlayaraq, Şəxs tutulub, tələbkar X6 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(005)-2717/2020 və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2(001)-2460/2021 saylı icra vərəqəsi müxtəlif tarixlərdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Borclu Şəxs aliment borcunu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək tələbkara olan aliment borcundan heç bir ödəmiş etməmişdir. Hazırda borclu Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(005)-2717/2020 saylı icra vərəqəsi üzrə 526 manat, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2(001)- 2460/2021 saylı icra vərəqəsi üzrə 4675 manat borcu vardır. Tələbkarlar müxtəlif orqanlara şikayət edərək, aliment borcunun ödənilməsini təkidlə tələb etsələr də borclu aliment borcunu ödəməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs bir uşağın saxlanılması üçün qət edilmiş 170 manat sabit aliment pulundan indiyədək tam ödəniş etməmişdir. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, aliment borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs bir uşağın saxlanılması üçün qət edilmiş 175 manat sabit aliment pulundan indiyədək tam ödəniş etməmişdir. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə pulunu istəməsinə baxmayaraq, borclu onun tələbinə məhəl qoymamış, aliment borcunu ödəməmişdir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. İmkanı olduğu təqdirdə aliment borcundan ödənişlər edəcək. Tələbkarlara olan 526 və 4675 manat aliment borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1 -ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(005)- 2717/2020 saylı icra vərəqəsi üzrə 526 manat, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 2(001)-2460/2021 saylı icra vərəqəsi üzrə 4675 manat aliment borcun olmasını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 04.06.2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-860/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-860/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver