Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-860/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs mülkiyyətində olan nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 11;40 radələrində inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məhkəməyə ərizə ünvanlayaraq, şirkətin mülkiyyətində olan “İSUZU FVR34Q22F” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X1 haqqında məlumat 06 mart 2024-cü ildə Abşeron rayon Polis İdarəsi Dövlət X4 təqdim edilmişdir. Bu barədə sənəd Abşeron rayon Polis İdarəsi Dövlət X3 əməkdaşı tərəfindən 07 mart 2024-cü il tarixdə imza olunaraq qəbul edilmişdir. Buna dair sübutu məhkəməyə təqdim etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs olan Şəxs mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MMC Abşeron rayon Polis İdarəsi Dövlət X4 rəsmi qaydada məktub göndərərək, şirkətə məxsus olan “İSUZU FVR34Q22F” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X1 haqqında məlumatı təqdim etmişdir. Həmin məktub xx.xx.2024-cü ildə Rəşidli soyadlı əməkdaş tərəfindən qəbul edilmişdir. Belə olan halda aydın olur ki, Şəxs mülkiyyətində olan “İSUZU FVR34Q22F” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatı vaxtında təqdim etdiyindən inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Abşeron rayon Polis İdarəsi Dövlət X5 tərəfindən ünvanlanmış sorğuya cavab olaraq qeyd olunan nəqliyyat vasitəsi və onu idarə edən sürücü barədə məlumatları protokol tərtib edən orqana göndərmiş və həmin orqanın əməkdaşı tərəfindən 07 mart 2024-cü il tarixdə imza olunaraq qəbul edilmişdir. Lakin, həmin məktub və məlumatlar araşdırılmadan, hüquqi əsaslar olmadığı halda şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsi ilə 17 fevral 2024-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsinə dair Abşeron rayon Polis İdarəsi Dövlət X3 sorğusu xx.xx.2024-cü il tarixdə daxil olduğu tarixdən 5 gün müddətində verilməməsi əsası ilə MMC barəsində 12 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 53, 105, 115,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-860/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-860/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver