Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-861/2021 18.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi ilə X2 TP seriyalı ******* nömrəli, 20.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə baxaraq, məhkəmə Müəyyən e t d i: X4 şikayətlə məhkəməyə müraciət edərək, TP seriyalı ******* nömrəli, 20.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 18 noyabr 2020-ci il tarixdə “Ford Pikap” çörək maşını yolda icazə verilmiş surəti aşaraq, 110 surətlə onun idarə etdiyin 04 markalı, jiquli avtomobilimə çırpılaraq, bədəninə xəsarət yetirmiş, maşını isə demək olar tam yararsız hala düşmüşdür. Lakin hadisəni araşdıran DYP müfəttişi kapitanı Eynulla müəllim avtoqəzanın günahkarı çörək maşının sürücüsü olduğunu ona bldirsə də, sonradan naməlum səbəbdən bildirir ki, yolun bu hissəsində kamera işləmir, cəriməni o ödəməlidir və səhvin onun tərəfindən olduğuna dair sənədlər tərtib edir. Bununla bağlı o, Daxili İşlər Nazirliyinə şikayət məktubu göndərsə də bugünədək ona heç bir cavab verilməmişdir. İlk müraciət DİN-də 23 noyabr 2020-ci il tarixli, 001-66646M-4120 saylı nömrə ilə qeydiyyata allınmışdır. Digər müraciət isə DİN-də 025 dekabr 2020-ci il tarixli, 016-110980M-4120 saylı nömrə ilə qeydiyyata allınmışdır. O, dəfələrlə DİN-nin əməkdaşları ilə əlaqə saxlasa da, hər dəfə ona bəhanə etmişlər. Onun 5 oğlu var və o, onları fəhləlik edərək böyüdür və bu avtomobildə öz dərdlərinin həllində onun əlindən tutur. Ona görə də TP seriyalı ******* nömrəli, 20.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Barəsində şikayət verilən Abşeron rayon X8 Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini pozduğuna görə Abşeron rayon DYP-nin polis mayoru X3 tərəfindən X4 barəsində inzibati tənbeh vermə haqqında 20.11.2020-ci il tarixli, TP № ******* saylı qərar qəbul edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 TP seriyalı ******* nömrəli, 20.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-861/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-861/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver