Məhkəmə qərarları › İş №3(012)-861/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-861/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-861/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Səfiyeva Cəmilə İbrahim qızının, Məhkəmə iclas katibi X1, Şikayətçi "xxxx" MMC-nin icraçı direktoru X2 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, "xxxx" MMC-nin icraçı direktoru X2 oğlunun Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş MN0647089 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin icraçı direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş MN0647089 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin icraçı direktoru X3 bildirdi ki, onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsi tərəfindən MN0647089 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarı onun qardaşı 2023-cü ilin fevral ayında qərar qəbul etmiş orqandan götürmüş və həmin vaxt ona vermişdir. Sonda o, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş MN0647089 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X7 "xxxx" MMC-nin icraçı direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş MN0647089 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin olunmamasını xahiş etdi. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin icraçı direktoru X2 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş MN0647089 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar 2023-cü ilin fevral ayının 27-də qəbul edilsə də, "xxxx" MMC-nin icraçı direktoru X3 həmin qərarın elə həmin vaxt ona verildiyini bildirsə də,qərardan şikayəti qanula nəzərdə tutulan 10 günlük müddət ərzində deyil, müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.Müddətin bərpasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, "xxxx" MMC-nin icraçı direktoru X2 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş MN0647089 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin icraçı direktoru X2 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş MN0647089 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar