Məhkəmə qərarları › İş №3(012)-862/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-862/2022

04.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-862/2022 04.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş MN ******* saylı, 04.06.2022-ci il tarixli inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs bşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, 04.06.2022-ci il tarixdə 712 saylı postda xidmətdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nə bilavasitə tabe olan X6 əməkdaşları tərəfindən Şəxs idarə etdiyi “Jeep Wrangler” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol qapısında PKK terror təşkilatının simvolunu təbliğ edən beş guşəli ulduz və şəkillərin olması səbəbindən saxlanılmışdır. Polis əməkdaşları Şəxs həmin nişanların sökülməsin və hərəkətinə davam etməsini təklif etmiş, lakin, sonuncu bununla razılaşmayaraq səs-küy salmış, polis əməkdaşları şəxsi nizam-intizama dəvət etsələrdə də, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, inzibati protokol tərtib edilərkəndə özünü aqressiv aparmış, tabeçilik göstərməmiş, səs-küy salmışdır. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 04.06.2022-ci il tarixdə saat 11:15 radələrində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası DİN BDYPİ-nə bilavasitə tabe olan X7 xidmət aparan polis əməkdaşlarının “saxla” əmrinə tabe olaraq saxlamış, daha sonra posta dəvət olunmuş, orada ona idarə etdiyi “Jeep Wrangler” markalı, 99RD088 dövlət qeydiyyat nişanlı avtomobilin ön qapılarında 30 sm öılçüsündə olan beş guşəli ulduzun və “Sherıff” sözünün pozulması tələb edilmişdir. Bu zaman o, tələbin qanuni əsasını soruşduqda polis əməkdaşları bunu bildirməmişlər. Daha sonra o, məntəqədə komandirlə söhbət edərkən X6 YPX-nin adını bilmədiyi polis əməkdaşları tərəfindən döyülmüş, sənədləri və telefonu əlindən alınmışdır. Hadisədən iki gün əvvəl özünü X6 YPX-nin əməkdaşı ona zəng edərək avtomobilin ön qapılarında olan beş guşəli ulduzun sökülməsini bildirsədə avtomobilin Amerikadan gətirildiyini, onu alan vaxt avtomobilin ön qapılarında olan beş guşəli ulduzun və şerif sözünün olduğunu demiş, onları sökməkdən imtina etmişdir. Sonda o, qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilmədiyini və əməlində inzibati xəta tərkibi olmadığını əsas gətirərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını əsas gətirərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN BDYPİnə bilavasitə tabe olan X6 YPX inspektoru, polis serjantı İlkin Kərimov izahatında göstərdi ki, 04 iyun 2022 tarixdə 712 saylı postda xidmətdə olarkən “Jeep Wrangler” markalı, **- RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sağ və sol qapısında terror təşkilatının simvolunu təbliğ edən beş guşəli ulduz və şəkillərin olması səbəbindən saxlanılmışdır. X2 təklif olunmuşdur ki, həmin nişanı söksün və hərəkətinə davam etsin. Lakin, sonuncu buna etirazını bildirmiş və səs-küy salmağa başlamışdır. Onlar şəxsi nizam-intizama dəvət etsələrdə də, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməllə bağlı özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu 04.06.2022-ci il, saat 15:10-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar