Məhkəmə qərarları › İş №3(012)-862/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-862/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-862/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Quba rayonunda anadan olmuş, subay, Quba rayonu, Birinci Nügədi ərazi dairəsi, Qaraçay kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin İTŞ-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:55 radələrində polis əməkdaşları tərəfindən Ekologiya postunun qarşısında Şəxs idarə etdiyi “Ford Fusion” minik markalı, “40BT994” dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Polis əməkdaşları sürücüyə özlərini təqdim edib avtomobilin dumanlı işiqlarında qanunla icazə verilməyən led işıqların olmasını ona bildirmişlər. Lakin sürücü Şəxs razılaşmayaraq yüksək səslə “icazə var” deyə qışqırmışdır.Polis əməkdaşları ona problemi aradan qaldırılmasını, qaldırılmadığı təqdirdə avtomobilin cərimə meydançasına aparılacağını bildirmişdir. Sürücü yenidən polis əmədaşları ilə mübahisə etmişdir. Daha sonra, onlar PPX-nin əməkdaşlarını hadisə yerinə dəvət etmişlər. O, PPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, inzibati protokol tərtib edilərkən də özünü aqressiv aparmış, tabeçilik göstərməmiş, səs-küy salmışdır. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Xırdalan dairəsindən 20 yanvar istiqamətinə hərəkətdə olarkən Ekologiya postunun qarşısında polis əməkdaşının saxla əmrinə tabe olub avtomobili saxlamışdır. Fərid Mehrəliyev adlı polis əməkdaşı ona avtomobildə qanunla qadağan olunmuş led işıqlarının olduğunu bildirmişdir. O isə cavabında YHHQ 1 saylı əlavədə avtomobilin istismarını qadağan edən tələblər sırasında led işıqların olmaması ilə bağlı bəndin mövcud olmadığını söyləmişdir. Daha sonra polis əməkdaşı led işıqlarının yerindəcə sökülməsini tələb etmiş, sökülmədiyi təqdirdə avtomobilin duracağa aparılmasını bildirmişdir. Lakin o, ışıqları sökməkdən imtina etmişdir. Sonda o, qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilmədiyini və əməlində inzibati xəta tərkibi olmadığını əsas gətirərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını əsas gətirərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN BDYPİ YPXA-nın xüsusi tağım YPXBİ-nin polis leytenantı X3 izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:55 radələrində 99YP735 nömrə nişanlı avtomaşınla polis serjantı Zaur Aslanovla xidmətdə olarkən Ekologiya postunun qarşısında “Ford Fusion” minik markalı, “40BT994” dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. O, sürücüyə özünü təqdim edib avtomobilin dumanlı işiqlarında qanunla icazə verilməyən led işıqların olmasını ona bildirmişlər. Lakin sürücü Şəxs razılaşmayaraq yüksək səslə “icazə var” deyə qışqırmışdır. O, sürcüyə problemi aradan qaldırılmasını, qaldırılmadığı təqdirdə avtomobilin cərimə meydançasına aparılacağını bildirmişdir. Sürücü yenidən onlarla mübahisə etmişdir. Daha sonra onlar PPX-nin əməkdaşlarını hadisə yerinə dəvət etmişlər. Onlar şəxsi nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin, şahidlərin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməllə bağlı özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 19:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar