Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-863/2022 04.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Şəxs barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-ı tərəfindən tərtib edilmiş 03.06.2022-ci il tarixli, İXP4677707 saylı inzibati xəta haqqında protokola 04.06.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Məhkəməsinin icraatına Şəxs barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX-i baş inspektor X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş İXP ******* saylı, 03.06.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX-i baş inspektor X1 ərizə yazaraq İXP ******* saylı, 03.06.2022-ci il tarixli inzibati xəta haqqında protokolda yol verilmiş nöqsanın aradan qaldırılması məqsədi ilə materialları geri qaytarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX-i baş inspektor X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərəfindən tərtib edilmiş İXP ******* saylı, 03.06.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX-i baş inspektor X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş İXP ******* saylı, 03.06.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN BDYPİ-nə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-863/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-863/2022
04.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver