Məhkəmə qərarları › İş №3(012)-865/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-865/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-865/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddinqızınınkatibliyiilə, Barəsində inzibati xəta haqqında icraat aparılan "Şəxs" MMC-nin nümmayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC ünvanına xx.xx.2020-ci il tarixində 59BG169/59ZA686 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********999 saylı GB ilə bəyan olunan zaman qısa idxal bəyannaməsinin yazılmaması aşkar edilmişdir. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasına "Şəxs" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, "Şəxs" MMC ilə "X3 Naro-Fominisk" MMC arasında bağlanmış müqaviləyə əsasən 59BG169/59ZA686 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə "bankalar" yükü Azəybaycan Respublikasının Gömrük ərazisinə xx xxxx 2020-ci il tarixində daxil olmuşdur. Yükə dair **********8999 nömrəli qısa idxal bəyannaməsi isə xx xxxx 2020-ci il tarixində gömrük orqanlarına elektron formada təqdim olunmuşdur. 59BG169/59ZA686 nömrə nişanlı yük nəqliyyat vasitəsiilə yükün Rusiya Federasiyasının gömrük ərazisindən buraxılışı xx xxxx 2020-ci il tarixində Bakı vaxtı ilə saat 15:34 radələrində həyata keçirilmişdir. Bu səbəbdən "X3 Naro-Fominisk" MMC tərəfindən ixrac bəyannaməsi "Şəxs" MMC-yə xx xxxx 2020-ci il tarixində saat 18:28 radələrində təqdim olunmuşdur. xx xxxx 2020-ci il tarixi qısaldılmış iş günü və xx xxxx 2020-ci il tarixindən xx xxxx 2020-ci il tarixinədək (hər iki tarix daxil olmaqla) Novruz bayramı səbəbi ilə ölkədə qeyri iş günləri olduğunu nəzərə alaraq, yükə dair qısa idxal bəyannaməsi növbəti ilk iş günü olan xx xxxx 2020ci il tarixində gömrük orqanlarına elektron formada təqdim olunmuşdur. Təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib olunmuş protokol tamamilə əsassızdır. Həmçinin hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş **********8999 nömrəli Gömrük Bəyannaməsinin surətindən görünür ki,"Şəxs" MMC ilə "X3 Naro-Fominisk" MMC arasında bağlanmış müqaviləyə əsasən 59BG169/59ZA686 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə "bankalar" yükü Azəybaycan Respublikasının Gömrük ərazisinə xx xxxx 2020-ci il tarixində daxil olmuşdur. Yükə dair **********8999 nömrəli qısa idxal bəyannaməsi isə xx xxxx 2020-ci il tarixində gömrük orqanlarına elektron formada təqdim olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında işüzrə sübut edilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olmasının sübut edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati işdə olan, məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, "Şəxs" MMC ilə "X3 Naro-Fominisk" MMC arasında bağlanmış müqaviləyə əsasən 59BG169/59ZA686 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə "bankalar" yükü Azəybaycan Respublikasının Gömrük ərazisinə xx xxxx 2020-ci il tarixində daxil olmuşdur. Yükə dair **********8999 nömrəli qısa idxal bəyannaməsi isə xx xxxx 2020-ci il tarixində gömrük orqanlarına elektron formada təqdim olunmuşdur. Məhkəmədə Şəxs MMC tərəfindən valyuta tənzimi qaydalarını pozması ilə bağlı hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi : Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar