Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-865/2021 18.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Behbudova Aytac Aşura qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Goranboy rayonunda anadan olmuş, Goranboy rayonunda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yol-patrul Xidməti Alayının əməkdaşı tərəfindən Şəxs barəsində tərtib edilmiş 18.05.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 15.05.2021-ci il tarixdə, saat 15:22 radələrində «VAZ 21099» minik markalı 99RV519 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydasını pozduğuna görə saxlanılmış və yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 15 may 2021-ci il tarixdə, saat 15:22 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində «VAZ 21099» minik markalı 99RV519 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol polisi əməkdaşı tərəfindən yoxlama nəzarəti qaydasında saxlanılmışdır. İnspektor ona yaxınlaşıb özünü təqdim etdikdən sonra heç bir əsas göstərmədən ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuşdur. Spirtli içki qəbul etmədiyini deyəndə inspektor ona alkotesterə üfürməyi təklif etmiş, etiraz etmədən alkotesterə üfürmüşdür. Yol-patrul xidməti əməkdaşı ona tibbi müayinədən keçməyi təklif etmiş, o, da buna etiraz etməmişdir, lakin heç bir müayinə aparılmadan alkotester aparatının nəticəsi olaraq, akt tərtib olunmuşdur. Lakin onu qeyd edir ki, həmin gün heç bir spirtlik içki qəbul etməmişdir. Bundan sonra o özü gedib tibbi müayinədən keçmiş və 1/1417 nömrəli 18.05.2021-ci il akta əsasən alkoqol sərxoşluq vəziyyəti müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız 18.05.2021-ci il tarixli, 642247 saylı “alkotesterin nəticəsi” olmuşdur. Qeyd edilən aktdan və inzibati xəta haqqında protokoldan aydın olur ki, sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq qeydlər aparılmamışdır. Həmçinin tibbi müayinə zamanı istifadə edilmiş cihaz barədə məlumatlar da göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2 və 69.3-cü maddələrinin tələblərinə görə şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bu Məcəlləinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəlləsinin 96.5-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Sözügedən Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Lakin iş materiallarından aydın olur ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib edilmədən şəxs tibbi müayinədən keçirilmişdir. Göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən qəbul edilmiş qərar üçün əsas olan məqamlar qanunvericiliyin tələb etdiyi çərçivədə hərəkətlər edilmədən həyata keçirilmişdir ki, bu hal isə sərxoşluq hallarının müəyyən edilməsi prosesinin obyektiv və qərəzsiz şəkildə aparılmasını, müayinədən keçirilən şəxsin ümumiyyətlə sərxoş olub-olmamasını şübhə altına alır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu X1 İdarəsinin Yol-patrul Xidməti İnspektoru 18.05.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanı törədilməsi hadisəsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-865/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-865/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver