Məhkəmə qərarları › İş №3(012)-866/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-866/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-866/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimiNəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında materialına baxaraq MÜƏYYƏN ETDİM : Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, 00100- 0753/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, Yaşıl dəhliz buraxılış sisteminin üzvü olan Şəxs MMC-nin ünvanına xx.xx.2020-ci il tarixində 99İX329 saylı nəqliyyat vasitəsilə gətirilmiş yüklər xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından ixrac gömrük prosedura altında Gürcüstan Respublikasına yola düşmüş və Gürcüstan sərhədinə çatarkən sürücüdə aşkarlandığı üçün mövcud pandemiya ilə bağlı ölkə ərazisinə buraxılmamış və neytral zonadan geri qaytarılmış, həmin nəqliyyat vasitəsində yüklərdə daxil olmaqla xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasına daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8855 saylı gömrük bəyannaməsi ilə təkrar idxal gömrük proseduranda rəsmiləşdirilmişdir. O, əlavə olaraq bildirdi ki, ölkəyə gəlmiş yüklər onlara məxsusdur və həmin yüklərə dair qısa idxal bəyannaməsi verilməli deyil. Sonda o, yuxarıda göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-də sürücü vəzifəsində çalışan X1 izahatında göstərdi ki, o, şirkət tərəfindən Gürcüstan Respublikasına göndərilmiş, sərhəddə pandemiyayla bağlı hərarəti yoxlanılmış, hərarəti 37 dərəcə olmuş, buna görə də o Azərbaycan Respublikasında maşına vurulan plomba heç bir müdaxilə olunmadan geri qaytarılmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-cİ maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakı hüquq normalarını istinad etməyi zəruri hesab edir. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibinin olmaması əsasına görə hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.2, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar