Məhkəmə qərarları › İş №3(012)-866/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-866/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-866/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 və Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM : Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X7 bildirdi ki, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2021-ci il tarixdə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən obyektdə saxlama müddəti ötmüş “Couture” adlı saç boyaları satılması aşkar olunmuş və nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, xx.xx.2019cu il tarixində Rüfət Xəlilov adlı şəxs Şəxs MMC-də satış meneceri vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinin müddəti bitdiyinə görə vəzifəsindən azad edilmişdir. Rüfət adlı satış meneceri saç boyaları sifarış edən qadın salonlarından sifarişləri toplayır, daha sonra ödənilən məbləği MMC-nin xəzinəsinə daxil edir. Ayın 8-də ”Emma” qadın salonun müdiri Jalə Hacıyeva tərəfindən saç boyaları sifarış olunmuşdur. Rüfət adlı şəxs satış meneceri olaraq sifarişi götürmüş, saç boyalarını özündə 01 (bir) ay saxlamış, əmək müqaviləsinin müddəti bitdiyinə görə vəzifəsindən azad ediləndən sonra qisas almaq məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək 2021-ci il dekabrın əvvəlllərində Şəxs MMC şirkətinə onlayn qaydada 20 azn dəyərində təxminən 16-17 ədəd “Couture” adlı saç boyası sifariş etdiyini lakin əksər hissəsinin istifadə müddətinin keçdiyini, bir qisminin isə müddətinin bitməsinə bir həftə qaldığını bildirmiş və məsələnin araşdırılmasını xahiş etmişdir. ”Emma” qadın salonu tərəfindən verilmiş arayışdan da görünür ki, ”Emma” qadın salonu tərəfindən Şəxs MMC-yə “Couture” adlı saç boyası sifariş edilməmiş və alinmamışdır. Daha bir Rüfət Xəlilovun qərəzli olduğunu sübutu odur ki, Şəxs MMC-yə işə götürülən işçiyə mobil telefon təqdim olunur. Rüfət Xəlilov isə işdən azad olunandan sonra şirkət tərəfindən təqdim olunan mobil telefonu şirkətə təqdim etməmişdir. Belə ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol qanunsuz və əsassız tərtib olunduğunu hesab edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən obyektdə saxlama müddəti ötmüş “Couture” adlı saç boyaları satılması aşkar olunmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-cü maddəsində tələblərini pozmuşdur. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş 04-K saylı əmrdən görünür ki, X6 xx.xx.2019-cu il tarixdən Şəxs MMC-də satış nümayəndəsi işinə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil təslim aktından görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən Redmi 8A markalı mobil telefon təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş satış qəbzindən görünür ki, 01 ədəd “Couture” adlı saç boyasının qiyməti 20 manatdır. İş materiallarına əlavə olunmuş ”Emma” qadın salonu tərəfindən verilmiş arayışdan da görünür ki, ”Emma” qadın salonu tərəfindən Şəxs MMC-yə “Couture” adlı saç boyası sifariş edilməmiş və alınmamışdır. “Couture” adlı saç boyasından sözügedən salonda istifadə olunmur. İş materiallarına əlavə olunmuş müraciətçinin şikayət vərəqəsindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Qaynar xətti”nə müraciət edərək bildirmişdir ki, o, Abşeron rayonu, Güzdək qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-nin anbarında 05 (beş) ədəd saç boyası almışdır. Malların etiketinini üzərinə baxış zamanı istifadə müddətinin artıq bir ay bundan əvvəl bitdiyini aşkar etmişdir. Qeyd olunanları nəzərə alaraq, müraciətçi sözügedən şirkət tərəfindən istifadə müddəti bitmiş malların satılmasının insanların həyat və sağlamlığı üçün təhlükəli olduğunu və vətəndaşların aldadılaraq istehlakçı hüquqlarının pozulduğunu bildirərək bununla bağlı qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsini israrla xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 447.0.2-cü maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni: saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maddi sübutların qəbul edilməsi haqqında aktdan görünür ki, vətəndaş R.Xəlilov xx.xx.2021-ci il tarixdə Şəxs MMC-dən aldığı saxlama müddəti ötmüş 3 ədəd 6/75 tonlu, 3 ədəd 5/75 tonlu, 3 ədəd P/02 tonlu, 3 ədəd P/06 tonlu “X5” saç boyalarının satışını təsdiq edən xx.xx.2021-ci il tarixli kassa qəbzini iş materiallarına əlavə kimi təhvil verilmişdir. Ümumilikdə 12 ədəd saç boyasına baxış keçirilmiş və hər birinin üzərində son istifadə tarixi 11/21 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan 12 (on iki) ədəd müddəti keçmiş “Couture” adlı saç boyaları məhv edilməldir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinin tələblərinə əsasən, Şəxs MMC hüquqi şəxsdir. Buna görə də o, hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə vaxtı keçmiş malların satılması faktının mövcudluğunu nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınan 12 (on iki) ədəd müddəti keçmiş “Couture” adlı saç boyaları məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar