Məhkəmə qərarları › İş №3(012)-867/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-867/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-867/2020 06.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, “Şəxs ” MMC-nin ünvanına AQ 004İL nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********8269 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, “Gömrük Prosedurları və Ödənişləri” şöbəsindən daxil olmuş 34/012/014469 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına AQ004İL nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yüklər üçün, qanunvericiliklə nəzərdə tutulmuş qaydada qısa idxal bəyannaməsi təqdim olunmamışdır. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursundan “malın çatdırılması və boşaldılması”- na dair çıxarışdan görünür ki, AQ004İL nömrəli nəqliyyat vasitəsilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2020-ci il tarixdə saat 17:51 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına AQ004İL nömrəli nəqliyyat vasitəsilə göndərilmiş mallara dair **********6253 sorğu nömrəli qısa idxal bəyannamələri mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra xx.xx.2020-ci il tarixdə saat 17:06-da elektron qaydada gömrük orqanlarına göndərilmişdir. Bununla da “Şəxs ” X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs ” X2 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan izahatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-yə (bundan sonra- Cəmiyyət)qarşı İXM-nin 485.2-ci maddəsi ilə İnzibati məsuliyyətə cəlb olunması ilə bağlı 00100-1025/2020 saylı protokol tərtib edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası COVİD-19 epidemiyasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Sözügedən tədbirlər çərçivəsində bir çox ticarət obyektlərinin fəaliyyəti dayandırılmışdır. Onlar Cəmiyyət-də həmin sahələrə aid edilmişdir. İXM-nin 485.2-ci maddəsi ilə törədilən xəta sırf texniki məsələ ilə bağlıdır. Belə ki, AR Dövlət Gömrük Komitəsi işçilərin məsafədən işləməsini və ölkədə internet provayderlərin təchiz etdiyi internetin zəif olduğunu nəzərə almamışlar. Yuxarıda qeyd edilən protokoldan göründüyü kimi sözügedən qısa idxal bəyannaməsi 1 gün gec, yəni xx.xx.2020-ci il tarixdə sistemə daxil olmuşdur. Halbuki onların əməkdaşları həmin qısa idxal bəyannaməsini mallar ölkəyə daxil olmamışdan əvvəl sözügedən sistemə yükləmişlər. Bu gün ölkə başçısının tapşırığı ilə Pandemiyadan zərər çəkən sahələrə öz maliyyə dəstəyini əsirgəmir. Həmçinin onların şirkəti də maliyyə dəstəyi olmuşdur. Lakin tətbiq edilən güzəştlərə baxmayaraq, onların cəmiyyəti maliyyə sıxıntıları ilə üz-üzə qalmışdır. Ölkədə baş verən xüsusi karantin tətbiq edilməsini, dövlət elektron sistemlərdə baş verən xətalar ilə bağlı qanunvericilikdə müvafiq güzəştlərin olmamasını nəzərə alaraq 3(012)-867/2020 saylı inzibati işə xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Şəxs ” X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında “Şəxs ” X3 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “Şəxs ” X1 törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki,ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Şəxs ” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar