Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-867/2022 04.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, 25 mart 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Şəxs yol vərəqəsi əsasında idarə etdiyi “Ravon Nexia” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara küçələrdən birindən Nizami küçəsinə dönən zaman əsas yol ilə gələn nəqliyyat vasitələrinin keçib getməsini gözləmədən və təhlükəsiz hərəkətin davam etdirilməsini təmin etmədən dönmə əməliyyatını yerinə yetirmiş və həmin vaxt Nizami küçəsində öz yolu ilə hərəkətdə olan X1 idarə etdiyi “Vaz-21154” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol yan hissəsindən vurmuş, nəticədə hər iki avtomobil əzilmiş, sonuncu avtomobilin sərnişini X2 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngün dərəcəli bədən xəsarəti almışdır. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 25 mart 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Şəxs yol vərəqəsi əsasında idarə etdiyi “Ravon Nexia” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara küçələrdən birindən Nizami küçəsinə dönən zaman əsas yol ilə gələn nəqliyyat vasitələrinin keçib getməsini gözləmədən və təhlükəsiz hərəkətin davam etdirilməsini təmin etmədən dönmə əməliyyatını yerinə yetirmiş və həmin vaxt Nizami küçəsində öz yolu ilə hərəkətdə olan X1 idarə etdiyi “Vaz-21154” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol yan hissəsindən vurmuş, nəticədə hər iki avtomobil əzilmiş, sonuncu avtomobilin sərnişini X2 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngün dərəcəli bədən xəsarəti almışdır. Şəxs əməlində cinayət tərkini olmadığından sonuncu barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 25 mart 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Şəxs yol vərəqəsi əsasında idarə etdiyi “Ravon Nexia” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara küçələrdən birindən Nizami küçəsinə dönən zaman əsas yol ilə gələn nəqliyyat vasitələrinin keçib getməsini gözləmədən və təhlükəsiz hərəkətin davam etdirilməsini təmin etmədən dönmə əməliyyatını yerinə yetirmiş və həmin vaxt Nizami küçəsində öz yolu ilə hərəkətdə olan X1 idarə etdiyi “Vaz-21154” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol yan hissəsindən vurmuş, nəticədə hər iki avtomobil əzilmiş, sonuncu avtomobilin sərnişini X2 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngün dərəcəli bədən xəsarəti almış, nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-867/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-867/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver