Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-868/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X7 katibliyi, Şikayət verən X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Sumqayıt şəhər X9 Polis Şöbəsinin inspektoru X5 xx xxxxxx 2020-ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğvi barədə şikayətinə xx xxxxxx 2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək oğlunun Sumqayıt şəhər X9 Polis Şöbəsinin X5 xx xxxxxx 2020-ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X3 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı Mercedes C240 minik markalı avtomaşınla Bakı küçəsi ilə C.Cababrlı küçəsinin kəsişməsi ərazisində hərəkətdə olarkən guya svetaforun və ya nizamlayıcmın qadağan işarəsi verilərkən hərəkəti davam etdirmişəm. Nəticədə AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi barədə xx.xx.2020-ci ildə Sumqayıt şəhəri DYPS Yol Polis Xidməti İnspektoru Polis Baş Serjantı X6 tərəfindən TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərar çıxarılmış və AR İXM-nin 327.2-ci maddəsi ilə 60 manat cərimə olunmuşdur. O, barəsində tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərarla razılaşmır. Belə ki, o svetaforun qadağanedici nişanında (qırmızı işıqda) keçməmişdir. Belə ki, o inzibati xəta hadisəsinin baş verdiyi yerdə quraşdırılmış müşahidə vasitəsinin (videokameranın) görünütülərini tələb etsə də Yol Polis inspektoru haqlı tələbini təmin etməmişdir. O, qeyd olunanları nəzərə alaraq Sumqayıt şəhər X9 Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ-nin YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Sumqayıt şəhər X9 Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki inzibati işin materiallarında olan Sumqayıt şəhər X9 Polis Şöbəsinin xx xxxxxx 2020ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 barəsində tərtib olunmuş Sumqayıt şəhər X9 Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, TP3479797 saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən hər qərara görə 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər X9 Polis Şöbəsinin X2 yazdığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi Mercedes C240 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdilən inzibati xətanın DYP əməkdaşı tərəfindən aşkarlanması, sənədləşməsi və barənizdə Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh növünün tətbiqində hər hansı qanuna zidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmiş, inzibati işə əlavə edilmiş video görüntüdə qayda pozulması faktı öz təsdiqini tapmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X3 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməli, Sumqayıt şəhər X9 Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Sumqayıt şəhər X9 Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, TP3479797 saylı inzibati tənbeh vermə haqqında qəraının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-868/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-868/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver