Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-868/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 Tələbkar: X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Abşeron rayonunun, Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş 09 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(001)-4349/2023 saylı icra vərəqəsinə əsasən 22 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində aliment cavabdeh X6 tutularaq, iddiaçı X3 ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 05 dekabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Borclu icra sənədi üzrə tələbi icra etmədiyindən barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuş və Abşeron rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 3(012)-1956/2024 saylı qərarına əsasən ona 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra İcra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 16 yanvar 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları X10, X7, hal şahidləri X11 və X4 tərəfindən 09 aprel 2025-ci il tarixdə tərtib edilərək, imzalanmış aktdan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4349/2023 saylı, 30 noyabr 2023-cü il tarixli, icra sənədinin icrası ilə əlaqədar MN ******* saylı protokolu və xx.xx.2025-ci il tarixli izahatı imzalamaqdan imtina etmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs 11025 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Mahirə Əliquliyeva izahat verərək bildirdi ki, Şəxs barəsində olan icra vərəqi üzrə borcun tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir, belə ki, borclu dəfələrlə ona və icra məmuruna şifahi və yazılı formada borcu ödəyəcəyini bildirməklə onu aldatmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Lakin hazırki vaxtadək aliment borcundan ödəniş etməməsi qərəzli xarakter daşımır, sadəcə olaraq maddi imkanı hər ay mütəmadi olaraq ödəniş etməyə imkan vermir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(001)- 4349/2023 saylı icra vərəqəsinə əsasən 22 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində aliment cavabdeh X6 tutularaq, iddiaçı X3 ödənilməsi qət edilmişdir;
2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(001)- 4349/2023 saylı icra vərəqəsi ilə bağlı 05 dekabr 2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir.
3. Abşeron rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 3(012)-1956/2024 saylı qərarı ilə Şəxs barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdi;
4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(001)- 4349/2023 saylı icra vərəqəsi ilə bağlı borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 16 yanvar 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir;
5. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları X10, X7, hal şahidləri X11 və X4 tərəfindən 09 aprel 2025-ci il tarixdə tərtib edilərək, imzalanmış aktdan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4349/2023 saylı, 30 noyabr 2023-cü il tarixli, icra sənədinin icrası ilə əlaqədar MN ******* saylı protokolu və xx.xx.2025-ci il tarixli izahatı imzalamaqdan imtina etmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs qızı icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, xeyli miqdarda aliment borcunun olmasını tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində həbslə bağlı olmayan tənbehin verilməsinin məqsədə uyğun olmadığını, inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 09 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov