Məhkəmə qərarları › İş №3(012)-869/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-869/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-869/2025 25.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş EP ******* nömrəli, 02 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Abşeron rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs 22400.00 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 28 fevral 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 il müddətində 22400.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal etnəmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdlr. Xəta 01 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxs əhkəməyə elektron ərizə və digə sənədlər ünvanlayaraq, CV.SARİ MUTİARA ABADİ şirkətinə edilən ödənişlərdə texniki səhvlərə yol verilərək, xx.xx.2022-ci il tarixdə olan ödənişi səhvən prepayment ödəniş etdiyi üçün bank onu xx.xx.2023-cü ildən olan **********119 nömrəli gömrük bəyannaməsi ilə bağlmış, həmçinin xx.xx.2023-cü il tarixdə etdiyi ödənişidə səhvən prepayment seçdiyi üçün ödənişlər səhv bəyannamə ilə bağlanmışdır. Buna görədə **********749, **********119 gömrük bəyannamələri tam bağlanmamış olmuşdur. Həmin sənədlərin qeyydiyata alınmamasının səbəbi texniki səhvlə bağlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, lakin səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə elektron ərizə ünvanlayaraq, təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Şəxs MMC tərəfindən təqdim edilmiş yük gömrük bəyannaməsinə münasibətdə qeyd edir ki, təqdim edilmiş **********5749 saylı 102000.00 ABŞ dolları dəyərində yük gömrük bəyannaməsinin (YGB) 30600.00 ABŞ dolları avans ödənişlərinin bağlanması üçün istifadə edilməmişdir. YGB təyinatında müqavilə uyğunluq təşkil etsə də müqavilə şərti 110 (malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir) kimi qeyd edilmişdir. Yəni mallar avans köçürməsindən əvvəl idxal edilmişdir. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş EP seriyalı 019733 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxmışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Şəxs ilə «CV.SARİ MUTİARA ABADİ arasında 05 iyul 2022-ci il tarixli müqavilə bağlanılmışdır;

2. "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 28 fevral 2025-ci il tarixli, 6-3/2-63/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim olunmasına dair tələbin yerinə yetirilməməsi səbəbi ilə ödəniş əməliyyatlarına dair məlumatlar və sənədlərin siyahıısnda Şəxsn adı qeyd edilmiş və MMC tərəfindən 22400.00 ABŞ dolları vəsaitin ödənişi xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir;

3. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi Nümayəndə tərəfindən 02 aprel 2025-ci il tarixli, EP saylı ******* nömrəli tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs 22400.00 ABŞ dolları məbləğində vəsaiti 28 fevral 2023-cü il tarixdə avans olaraq ölkə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 22400.00 ABŞ dolları məbləğində məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta 01 mart 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında, yəni Abşeron rayonu, Hökməli ŞTQ, Şamaxı şossesi, ev 14-cü km-də baş vermişdir;

4. Şəxs tərəfindən verilmiş gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə «CV.SARİ MUTİARA ABADİ Şirkətinin xeyrinə aparılmış 102000.00 ABŞ dolları avans ödənişi təqdim olunmuş **********0173 nömrəli gömrük bəyannaməsi ilə tam bağlanılmışdır.

Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin çıxışını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində EP ******* nömrəli, 02 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoli və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış 05 iyul 2022-ci il tarixli müqaviləyə əsasən Şəxs MMC tərəfindən texniki xəta nəticəsində prepayment seçilməklə edilən ödənişlər yanlış bəyannamələrin bağlanmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar