Məhkəmə qərarları › İş №3(012)-87/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-87/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-87/2022 12.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlu, Behbudova Aytac Aşura qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsin, onun müdafiəçisi, vəkil X1 və tərçüməçi X2, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Yol Patrul Xidmətinin inspektoru polis serjantı X4 iştirakı ilə, 09.11.1997-cu ildə Rusifa Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, Rusifa Federasiyası, Dağıstan Respublikası, Levaşinski rayonu, Naskent kəndində qeydiyyatda olan və ünvanında yaşayan Şəxsin barəsində Azərbaycan Respublikası DİN-in Baş X10 İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxsin 11.01.2022-ci il tarixdə, saat 11:15 radələrində, Bakı-Quba yolunda idarə etdiyi «RENAULT» markalı, H300BP123 dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edərkən «Yol hərəkəti haqqında» Qanununun 74 -ci maddəsinin Vİİ-ci bəndinin tələblərini pozaraq, müvafiq icazəsi olmadan sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə istifadə etdiyi aşkar olunmuşdur. Buna görə Şəxsin Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxsinnun göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İşə əlavə edilmiş, 11.01.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11.01.2022-ci il tarixdə, saat 11:15 radələrində, Bakı-Quba yolunda idarə etdiyi «RENAULT» markalı, H300BP123 dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edərkən «Yol hərəkəti haqqında» Qanununun 74 -cü maddəsinin Vİİ bəndinin tələblərini pozaraq, müvafiq icazəsi olmadan sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə istifadə etdiyi aşkar olunmuş, 11.01.2022-ci il tarixdə həmin sürəti ölçməyə maneçilik törədən texniki vasitə Azərbaycan Respublikası DİN-in Baş X10 İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Yol Patrul Xidmətinin inspektoru polis serjantı X6 izahatında göstərmişdir ki, Şəxs 11.01.2022-ci il tarixdə, saat 11:15 radələrində, Bakı-Quba yolunda idarə etdiyi «RENAULT» markalı avtomobil hərəkət edərkən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı avtomobilin üzərində olmadığı üçün saxlanılmışdır. Yoxlama zamanı müəyyən olmuşdur ki, dövlət qeydiyyat nişanını gizlətmək üçün və sürəti ölçməyə maneçilik törədən texniki vasitə quraşdırılmışdır. Məhkəmə iclasında Şəxsin müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan iş üzrə xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxsin törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə Şəxsə göstərilən inzibati xətanı törətməkdə təqsirli olması işdə olan sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxsin barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinin tələbinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Buna görə də götürülmüş ölçmə cihazlarının işinə mane olan texniki vasitə müsadirə edilməlidir. İnzibati xəta törədən şəxs Şəxsə məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın törədilməsində ölçmə cihazlarının işinə mane olan texniki vasitə müsadirə edilməklə, 500 (beş yüz) manat inzibati cərimə edilsin. İnzibati xəta törədən şəxs Şəxsə məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş X10 İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar