Məhkəmə qərarları › İş №3(012)-87/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-87/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-87/2025 22.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X2 12 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarı ilə "xxxx" MMC-nin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cərimə şərti olaraq tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə ona görə inzibati məsuliyyətə cəlb olunub, 4000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir ki, "xxxx" MMC tərəfindən İD********** nömrəli müraciət ilə idxal edilmiş və uyğunsuzluq aşkar edilmiş qurudulmuş çiyələk məhsulundan məhkəmə qərarına əsasən təkrar nümunə götürülmüş və təkrar uyğunsuzluq aşkar edilmişdir. Regional bölmə tərəfindən çıxarılmış M 0724-34 nömrəli məhv etmə və geri qaytarılma qərarı icra edilməmişdir. Protokola əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi olaraq tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. "xxxx" MMC tərəfindən ölkəyə idxal olunmuş məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün müraciəti əsasında məhsul partiyasından götürülmüş nümunə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyasında aparılmış analizin nəticəsində Qurudulmuş Çiyələk məhsulunun Kükürd dioksidin kütlə payı normativ standart tələbi 500.0 olmalı halda, sınağın nəticəsində Kükürd dioksidin kütlə payının 954.3 olduğu müəyyən olunmuşdur. Qurudulmuş Çiyələk məhsulunda Kükürd dioksidin kütlə payının normativ standart tələbindən artıq olduğuna görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən 11 iyul 2024-cü il tarixdə “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən 11 iyul 2024-cü il tarixdə qəbul olunmuş M 0724-34 nömrəli qərarla qərara alınmışdır ki, 1. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İD İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilsin. Qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 11 iyul 2024-cü il tarixli M 0724-34 nömrəli qərarı tərəfindən mübahisələndirilmiş və iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 11 iyul 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli qərarının ləğv edilməsi, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəməyə iddia ərizəsi ilə müraciət olunmasından əlavə Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət olunaraq müvəqqəti xarakterli təmin tədbirləri görülməsi barədə qərardad qəbul olunması xahiş olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsindən iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə qarşı 11 iyul 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli qərarının ləğv edilməsi, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək idxal olunmuş qurudulmuş Çiyələk məhsulu partiyasının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında qərarın icrasının dayandırılması və Cəmiyyətin direktorunun 11 iyul 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli qərarın icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinin qanuna zidd olması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(118)-103/2024 saylı qərardadı ilə müvəqqəti xarakterli təmin tədbirləri görülməsi barədə ərizə qismən təmin olunmuş, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək idxal olunmuş qurudulmuş Çiyələk məhsulu partiyasının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında qərarın icrası dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən inzibati iş üzrə xx.xx.2024-cü il tarixdə yeyinti məhsullarının ekspertizasının təyin edilməsi barədə qərardad qəbul olunmuş və rəy verməsi üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. Ekspertiza rəyi məhkəməyə göndərilmədən, inzibati iş üzrə qərar qəbul olunmadan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X6 tərəfindən 12 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərar qəbul olunmuş və icra olunması üçün ünvanına göndərilmişdir.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 12 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi və 4000 manat məbləğində inzibati qaydada cərimə olunmağı aşağıda qeyd etdiyi əsaslara görə ləğv olunmalıdır. Tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta əməlləri törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə inzibati hüquq pozuntusunun törədilməsi müəyyən olunmuşdur. "xxxx" MMC və həmin Cəmiyyətin direktoru olaraq tərəfindən istehlakçıların hüquqlarının pozulması və ya ticarət qaydalarının pozulmasına yönəlmiş hər hansı bir hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir. Direktoru olduğu "xxxx" MMC tərəfindən alınmış məhsullara idxal sağlamlıq aktının verilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə xx.xx.2024-cü il tarixli İD İD********** nömrəli müraciət etmişdir. Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi 11 iyul 2024-cü il tarixli, M 0724-34 nömrəli qərarla idxal sağlamlıq aktının verilməsindən imtina etdiyindən, həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasına dair qərar qəbul etdiyindən inzibati orqanın qərarından məhkəməyə şikayət etmişdir. "xxxx" MMC tərəfindən ölkəyə idxal olunmuş məhsullara idxal sağlamlıq aktının verilməsi üçün müraciət olunmuş və idxal sağlamlıq aktının verilməsindən imtina olunduğundan məhsullar satışa verilməmişdir. Hər hansı bir istehlakçıya həmin məhsullar satış üçün təqdim olunmamışdır. İstehlakçı dedikdə iqtisadi əmtəə və xidmətləri satın alaraq istifadə edən şəxs başa düşülür. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 1-ci maddəsinə əsasən isə istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. "xxxx" MMC tərəfindən ölkəyə idxal olunmuş qeyd olunan məhsulun satışı üçün idxal sağlamlıq aktının verilməsindən imtina olunduğundan alqı-satqı prossesləri həyata keçirilməmişdir. İnzibati orqanın qərarı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 11 iyul 2024- cü il tarixli, M 0724-34 nömrəli qərarın 2-ci bəndinə əsasən qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi müəyyən olunmuşdur. Qərardan göründüyü kimi qərarın icrası bütün hallarda həmin qərarı qəbul etmiş orqanın nümayəndələrinin iştirakları ilə təmin edilməlidir. "xxxx" MMC tərəfindən alınmış mallar anbarda saxlancda saxlanılmışdır. Məhsulun ölkədən Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin olunması üçün Agentlik tərəfindən qərarın icrasına dair ötən müddət ərzində nümayəndə ayrılmamışdır. "xxxx" MMC tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanunla müəyyən olunmuş qaydada yazılı tələblər verilməmiş və belə tələblərin icra olunmasından imtina olunmamışdır. "xxxx" MMC tərəfindən İD********** nömrəli müraciət ilə idxal edilmiş qurudulmuş çiyələk məhsulunda uyğunsuzluq aşkar edilməsinə görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X2 28 avqust 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarı ilə "xxxx" MMC-nin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə olunmağına dair qərarından Abşeron rayon məhkəməsinə verdiyi şikayətə məhkəmədə baxılmış və məhkəmənin qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 28 avqust 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarı ləğv olunduqdan sonra, inzibati iş üzrə qərar qəbul olunmadan təkrar olaraq eyni əmələ görə inzibati məsuliyyətə cəlb olunmağı qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə ona görə inzibati məsuliyyətə cəlb olunub, 4000 manat faktiki olaraq tərəfindən inzibati xəta hadisəsi, inzibati hüquq pozuntusu və ya İXM-nin 544.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta əməli törədilməmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin qərarından İnzibati Prossesual Məcəllənin 2.2.1-ci və 32-ci maddəsi ilə müəyyən olunmuş qaydalara uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia ərizəsi (mübahisələndirmə haqqında iddia) ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx" MMC-nin direktoru X1 vəkili-nümayəndəsi Vəkil şikayətdə yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 11 iyul 2024-cü il tarixli qərarından Sumqayıt İnzibati Məhkəməsinə iddia verilmişdir, məhkəmə mübahisəsi hakim Rahim Həsənovun icraatındadır. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(118)-103/2024 saylı qərardadı ilə müvəqqəti xarakterli təmin tədbirləri görülməsi barədə ərizə qismən təmin olunmuş, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək idxal olunmuş qurudulmuş Çiyələk məhsulu partiyasının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında qərarın icrası dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən inzibati iş üzrə xx.xx.2024-cü il tarixdə yeyinti məhsullarının ekspertizasının təyin edilməsi barədə qərardad qəbul olunmuş və rəy verməsi üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. Ekspertiza rəyi məhkəməyə göndərilmədən, inzibati iş üzrə qərar qəbul olunmadan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X6 tərəfindən 12 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərar qəbul olunmuş. Hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarı qüvvəyə minmədən 12 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarın qəbul edilməsi qanunsuz və əsassızdır. Ona görə də şikayətin təmin edilməsini, 12 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X4 bildirmişdir ki, şikayət əsassızdır. Belə ki, "xxxx" MMC tərəfindən ölkəyə idxal olunmuş məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün "xxxx" MMC müraciəti əsasında məhsul partiyasından götürülmüş nümunə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyasında aparılmış analizin nəticəsində qurudulmuş çiyələk məhsulunun kükürd dioksidin kütlə payı normativ standart tələbi 500.0 olmalı halda, sınağın nəticəsində kükürd dioksidin kütlə payının 954.3 olduğu müəyyən olunmuşdur. Qurudulmuş çiyələk məhsulunda Kükürd dioksidin kütlə payının normativ standart tələbindən artıq olduğuna görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən 11 iyul 2024-cü il tarixdə “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərar icra olunmadığı üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin aparıcı məsləhətçisi X5 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində şərti olaraq inzibati cərimə olunmuşdur. Həmin qərardan "xxxx" MMC-nin direktoru X3 şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə şərti olaraq inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X2 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 11 iyul 2024-cü il tarixli M 0724-34 nömrəli qərarı "xxxx" MMC-nin direktoru X3 tərəfindən mübahisələndirilmiş və iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(118)-103/2024 saylı qərardadı ilə müvəqqəti xarakterli təmin tədbirləri görülməsi barədə ərizə qismən təmin olunmuş, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək idxal olunmuş qurudulmuş Çiyələk məhsulu partiyasının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında qərarın icrası dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixdə qərardadı ilə yeyinti məhsullarının ekspertizasının təyin edilməsi qərara alınmış və rəy verməsi üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları "xxxx" MMC-nin əməkdaşlarının iştirakı ilə qeyd olunan məhsullardan nümunə götürülmüş və ekspertizanın rəyinə əsasən qurudulmuş çiyələk məhsulunun kükürd dioksidin kütlə payı normativ standart tələbi 500.0 olmalı halda, sınağın nəticəsində kükürd dioksidin kütlə payının 954.3 olduğu müəyyən olunmuşdur. Həmin rəy Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələbinə əsasən xəta aşkar olunduğu gündən 4 ay müddət ərzində qərar qəbul etməli olduqları üçün Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarını gözləməmişlər. Ekspertizanın rəyi mənfi olduğu üçün "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində şərti olaraq inzibati cərimə olunmuşdur. Həmin qərar şərti qəbul olunmuş və icrası üçün şikayətçinin 60 gün müddəti var. Qeyd etdiklərinin nəzərə alınar şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(118)-103/2024 saylı qərardadından görünür ki, müvəqqəti xarakterli təmin tədbirləri görülməsi barədə ərizə qismən təmin olunmuş, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək idxal olunmuş qurudulmuş Çiyələk məhsulu partiyasının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında qərarın icrası dayandırılmışdır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin 3(012)-1863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi İrfan İsgəndərov “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 11 iyul 2024-cü il tarixdə qərarı ilə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş, qərar hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. "xxxx" MMC-nin direktoru X1 vəkili-nümayəndəsi X7 tərəfindən təqdim edilmiş elektron sistemdən çıxarışdan görünür ki, həmin MMC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 11 iyul 2024-cü il tarixli qərarından Sumqayıt İnzibati Məhkəməsinə şikayət vermiş və iş hakim Rahim Həsənovun icraatındadır. Abşeron Rayon Məhkəməsinin 3(012)-1863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə şərti olaraq inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X2 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarın ləğv edilməsi və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X2 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 544.2-ci maddəsinə görə, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə- dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Hazırki şəraitdə iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi İrfan İsgəndərov “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 11 iyul 2024-cü il tarixdə qərarı ilə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş, qərar hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(118)-103/2024 saylı qərardadı ilə müvəqqəti xarakterli təmin tədbirləri görülməsi barədə ərizə qismən təmin olunmuş, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək idxal olunmuş qurudulmuş Çiyələk məhsulu partiyasının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında qərarın icrası dayandırılmışdır. Lakin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsi gözləmədən, Sumqayıt İnzibati Məhkəməsinin icraatımnda olan mübahisə üzrə yekun qərarı nəzərə almadan xx.xx.2024cü il tarixli, MN ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək idxal olunmuş qurudulmuş Çiyələk məhsulu partiyasının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında qərarın icrası dayandırılması barədə” xx.xx.2024-cü il tarixli 15(118)-103/2024 saylı qərardadının və Sumqayıt İnzibati Məhkəməsinin həmin iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarının hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, həm "xxxx" MMC-nin direktoru X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi inzibati xəta hadisəsi xx.xx.2024cü il tarixdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar