Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-872/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis idarəsinin Qobu PB-nin sahə rəisi, polis mayoru X3 oğlunun iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsi Qobu PB-dən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis idarəsinin Qobu PB-nin sahə rəisi, polis mayoru X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, 27.04.2021-ci il tarixdə Şəxs oğlu keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində üzərindən ümumi çəkisi 0,092 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Bununla da Şəxs oğlu, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev-31, mənzil 2-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs oğlu deməsinə görə 27.04.2021-ci il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində daş karyerində tanımadığı şəxsdən 10 manata 0.092 qram heroini alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu ifadəsində bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev-31, mənzil 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və narkotik vasitə olan heroindən istifadə edir. 27.04.2021-ci il tarixdə Abşeron rayon, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Abşeron RPİ-nin Qobu PB-nə gətirilmiş bundan sonra onlar birlikdə qeyd olunan bölmənin inzibati binasına gəlmiş orada olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. O əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədə gümüşü rəngli siqaretin cığalalı kağızına bükülmüş bir büküm heroini təqdim etmişdir. O, həmçinin üzərində gəzdirdiyi narkotik vasitəni 27.04.2021-ci il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində daş karyerində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldıını bildirmişdir. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan 07.05.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev-31, mənzil 2-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs oğlu deməsinə görə 27.04.2021-ci il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində daş karyerində tanımadığı şəxsdən 10 manata 0.092 qram heroini alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 28.04.2021-ci il tarixli 6/1688 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN Zərflər üçün № 245 möhür əksi “Təqdim etdi...” Verdiyev .F və.s yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.092 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ümumi çəkisi – 0.092 qramdır. (qalıq 0.042 qram – 0.05 qram heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, keçirilmiş ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs oğluna inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 iyun 2021-ci il, saat 18:00 dəqiqədən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Şəxs üzərindən aşkar edilmiş maddi sübut olan qalıq qalmış 0,042 qram heroin məhv edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, Abşeron rayon Polis idarəsinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Xidmətinə həvalə edilsin. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-872/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-872/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver