Məhkəmə qərarları › İş №3(012)-874/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-874/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-874/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X1, inzibati xəta törətmiş şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 24-cü küçə, 51-ci evdə qeydiyyatda olan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 04.06.2021-ci il tarixdə, saat 19:50-da, Abşeron rayonu Xırdalan şəhəri ərazisində mülki öhdəliklərindən yayındığına görə borclu kimi axtarışda olması ilə əlaqədar Pİ-nə dəvət edilərkən, Abşeron rayon Pİ-nə getməkdən imtina etməklə ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin PPXB-in polis əməkdaşı Elşad Əsgərovun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X2 izahatında göstərmişdir ki, Abşeron RPİ-nin PPXB-in polis əməkdaşı Elşad Əsgərov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs 04.06.2021-ci il tarixdə, saat 19:50-da, Abşeron rayonu Xırdalan şəhəri ərazisində mülki öhdəliklərindən yayındığına görə borclu kimi axtarışda olması ilə əlaqədar Pİ-nə dəvət edilərkən, Abşeron rayon Pİ-nə getməkdən imtina etməklə, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 04.06.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində, küçədə dayanarkən ona yaxınlaşaraq, mülki öhdəliklərindən yayındığına görə borclu kimi axtarışda olmasını bildirərək, onu polis idarəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarına heç bir mülki öhdəliyi olmadığını deyərək polis idarəsinə getməyəcəyini bildirərək, polis əməkdaşları ilə mübahisə etmişdir. Həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 04.06.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 04.06.2021-ci il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs oğlu göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs oğlu dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar