Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-875/2020 29.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, istifadəsində olan mobil telefonla DİN-in 102 qayna xidmətini yığaraq, DİN-in rəhbərliyinin ünvanına nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X2 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Növbətçi hissələri İdarəetmə Xidməti müraciət edərək, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, istifadəsində olan mobil telefonla DİN-in 102 qayna xidmətini yığaraq, DİN-in rəhbərliyinin ünvanına nalayiq söyüşlər söydüyü bildirilmişdir. Rayon Pİ-nə təqdim edilmiş SD diskə qulaq asarkən, Şəxs DİN-in rəhbərliyinin ünvanına nalayiq söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar araşdılırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayır. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, istifadəsində olan mobil telefonla DİN-in 102 qaynar xətinə zəng edərək, nalayiq söyüşlər söymüşdür. Buna səbəb üç ay əvvəl Qəbələ rayonunda olarkən bələdiyyə sədri tərəfindən onun təhqir edilməsi barədə Qəbələ rayon polis şöbəsinə etdiyi müraciətin baxılmaması olmuşdur. Hazırda əməlindən peşmandır, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alınmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində, istifadəsində olan mobil telefonla DİN-in 102 qayna xidmətini yığaraq, DİN-in rəhbərliyinin ünvanına nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Məhkəmədə Şəxsnun göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxsnun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxsnun törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxsnun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat inzibati cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-875/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-875/2020
29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver