Məhkəmə qərarları › İş №3(012)-876/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-876/2020

29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-876/2020 29.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin Qobu PB-in sahə rəisi, polis mayoru X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci Nefçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikasının Sanitariyaepidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2020-ci ilin 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00dək xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün məhdudiyyətlər tətbiq edildiyi vaxtda yəni, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, St.Sumqayıt Məcburi köçkünlər şəhərciyi ərazisində küçədə gəzərək, karantin rejimini pozmuşdur. Şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, St.Sumqayıt Məcburi köçkünlər şəhərciyi ərazisində Abşeron rayon Pİ-nə getməkdən imtina etməklə ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron rayon Pİ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 211.1, 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin Qobu PB-in sahə rəisi, polis mayoru X5 izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in Qobu PB-in polis əməkdaşı Sadiq Səlimov tərəfindən tərtib edilmiş raporta əsasən Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yaşayan X3 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, St.Sumqayıt Məcburi köçkünlər şəhərciyi ərazisində gəzərək, karantin rejimini pozmuşdur. Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, St.Sumqayıt Məcburi köçkünlər şəhərciyi ərazisində kabel oğurluğunda şübhəli olduğundan Abşeron rayon Pİ-nə dəvət olunduğu zaman narazılıq bildirərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası İXM-nin 211.1, 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yaşayır. Dəmir yığıb satmaqla dolanır. Respublika ərazisində qarantin rejimi ilə əlaqədar evdən çıxmağa icazəsi olmamışdır. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, St.Sumqayıt Məcburi köçkünlər şəhərciyi ərazisində dəmir axtararkən, polis əməkdaşları ona yaxınlaşaraq, onu Pİ-nə dəvət etdik də, etiraz etmədən polis əmkdaşları ilə birlikdə rayon Pİ-nə gəlmişdir. Məhkəməyə təqdim edilmiş inizbati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2020-ci ilin 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün məhdudiyyətlər tətbiq edildiyi vaxtda yəni, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, St.Sumqayıt Məcburi köçkünlər şəhərciyi ərazisində küçədə gəzərək, karantin rejimini pozmuşdur. Məhkəməyə təqdim edilmiş inizbati xəta haqqında haqqında xx.xx.2020-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, St.Sumqayıt Məcburi köçkünlər şəhərciyi ərazisində Abşeron rayon Pİ-nə getməkdən imtina etməklə ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron rayon Pİ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, AZA 005458 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkib olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsində göstərillir ki, konstitusiyada təsbid edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunverilicik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində göstərilir ki, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları X4» nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Məhkəmədə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kamilov X1 rayonu, St.Sumqayıt Məcburi köçkünlər şəhərciyi ərazisində olarkən, Abşeron rayon polis idarəsinin Qobu PB-in əməkdaşları ona yaxınlaşaraq, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar onunla polis bölməsinə getməyi tələb etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etiraz etməyərək, polis əməkdaşı ilə birlikdə Abşeron rayon Pİ-nə getmişdir. xx.xx.2020-ci il tarixdə haqqında Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abşeron rayon Pİ-nin Qobu PB-in əməkdaşlarının qanuni tələbinə tabe olmaması hər hansı sübutla təsdiqini tapmamışdır. «Polis Haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyət yaradır. Qanununun mənasına görə polisin tələbi qanuni olduqda başqaları üçün məcburilik yaradır. Ancaq iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində qanun pozuntusu olmasını təsdiq edən sübut yoxdur. Göründüyü kimi, Şəxs oğlunun polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması halı mövcud deyildir. Bu səbəbdən də onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 8, 40, 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat inzibati cərimə olunsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası inzibati cəriməyə aid hissəsi Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar