Məhkəmə qərarları › İş №3(012)-88/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-88/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-88/2021 29.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13000-1107/20 nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 34/012/004383 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə ixracatçı Türkmənistan Respublikasının “Lale Plastik” individual Enterprise şirkəti tərəfindən idxalçı hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) ünvanına göndərilən 16496 kq çəkidə olan malların qablaşdırılması və ya daşıması üçün etilen polimerlərindən ibarət mallar xx.xx.2020-ci il tarixli **********2055 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin gömrük bəyannaməsinin 40-cı qrafasında idxal edilmiş mallara dair, mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin nömrəsi əks olunmamışdır. Bu səbəbdən sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı müəyyən olunmuşdur. Müvafiq olaraq Azərbaycan Respublikasının Gömrük məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsində mallar gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi tələb olunur, həmçinin qısa idxal bəyannaməsinin verilməməsinə görə isə bu fakt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Bu fakt Şəxs MMC-nin təmsilçisi Nümayəndə tərəfindən verilmiş izahat ilə həmçinin öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təmsilçisi Nümayəndə izahatında bildirmişdir ki, gətirilən malların gömrük ərazisinə qətirilməzdən əvvəl onlar barəsində gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin təqdim edilməməsi, ixracatçı şirkət tərəfindən mallar barədə məlumatların zamanında verilməməsi, eləcə də mallara dair İnvoys sənədinin’ bizə zamanında çatdırılmamasi səbəbindən baş vermişdir. Nəticədə hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş izahata, həmçinin Şəxs MMC (VÖEN:**********) tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə izahatında qeyd etmişdir ki, gətirilən malların gömrük ərazisinə gətirilməzdən əvvəl onlar barəsində gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin təqdim edilməməsi ixracatçı şirkət tərəfindən mallar barədə məlumatların zamanında verilməməsi, eləcə də mallara dair İnvoys sənədinin onlara zamanında çatdırılmaması səbəbindən baş vermişdir. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin etibarnamə əsasında nümayəndəsi X2 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə ixracatçı Türkmənistan Respublikasının “Lale Plastik” individual Enterprise şirkəti tərəfindən idxalçı hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) ünvanına göndərilən 16496 kq çəkidə olan malların qablaşdırılması və ya daşıması üçün etilen polimerlərindən ibarət mallar xx.xx.2020-ci il tarixli **********2055 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin gömrük bəyannaməsinin 40-cı qrafasında idxal edilmiş mallara dair, mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin nömrəsi əks olunmamışdır. Bu səbəbdən sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı müəyyən olunmuş və şirkət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Protokolu müdafiə edir və inzibati təhbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə Şəxs nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Buna görə də əgər qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmişsə, lakin inzibati xəta törədənin iradəsindən asılı olmayaraq verməməsi inzibati xəta kimi müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmədə müəyyən edildi ki, sübutun təqdim edilməməsi və ya məlumatın verilməməsi də üzürlü səbəblərdən olmuşdur. Belə ki, iş materiallarında olan və barəsində inzibati protokol tərtib edilən şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş və elektron ünvandan çıxarılmaqla tərcümə olunmuş məlumatdan görünür ki, məlumatın verilməməsi texniki xəta səbəbindən baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə ixracatçı Türkmənistan Respublikasının “Lale Plastik” individual Enterprise şirkəti tərəfindən idxalçı hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) ünvanına göndərilən 16496 kq çəkidə olan malların qablaşdırılması və ya daşıması üçün etilen polimerlərindən ibarət mallar xx.xx.2020-ci il tarixli **********2055 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin gömrük bəyannaməsinin 40-cı qrafasında idxal edilmiş mallara dair, mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin nömrəsi əks olunmamışdır. Gətirilən malların gömrük ərazisinə gətirilməzdən əvvəl onlar barəsində gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin təqdim edilməməsi, ixracatçı şirkət tərəfindən mallar barədə məlumatların zamanında verilməməsi, eləcə də mallara dair "İnvoys" sənədinin onlara zamanında çatdırılmaması səbəbindən baş vermişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilən şəxsin iradəsindən asılı olmayan səbəblərdən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati məsuliyyət yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar