Məhkəmə qərarları › İş №3(012)-88/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-88/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-88/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvələr İdarəsinin İnzibati tənbeh vermə haqqında MN №1784110 saylı, 21 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 nümayəndəsi X3 şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvələr İdarəsinin İnzibati tənbeh vermə haqqında MN №1784110 saylı, 21 fevral 2024-cü il tarixli qərarı ilə razı deyildir. Belə ki, Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfındən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qərarını onunla əsaslandırmışdır ki, Hökməli bələdiyyəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsi “At Yalı” Yaşayış Massivində müxtəlif mənşəli məişət və istehsalat tullantıları ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanmışdır. Buna görə də Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Abşeron rayonu Hökməli Bələdiyyəsinin sədri kimi barəsində protokol tutulmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsi haqqında MN №1784110 saylı,21 fevral 2024-cü il tarixli qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvələr İdarəsinin İnzibati tənbeh vermə haqqında MN №1784110 saylı,21 fevral 2024-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, İXM-nin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Bu məcəllənin 103.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun sürəti verilir. Maddə 100.4 Protokol onu tərtib etmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Göründüyü kimi yuxarıda sadalanan maddələrin tələblərinin heç birinə əməl edilməmiş və bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Eyni zamanda aktda göstərilən ərazinin tərəflərindən mütamadi olaraq təmizlənməsi əksini tapmamış və ərazinin mütamadi olaraq tərəflərindən təmizlənməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvələr İdarəsi bu halı nəzərə almamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvələr idarəsinin İnzibati tənbeh vermək qərarını heç bir sübuta istinad etmədən formal mülahizələrə əsasən qərar qəbul etmişdir. Məişət tullantılarının daşınması ilə bağlı yerli ödənişin tətbiqi qanunla müəyyən edilmədiyi üçün məişət tullantılarının daşınması bələdiyyələrə həvalə edilməmişdir.Müvafıq qanunvericilikdə əsasən bələdiyyələr tərəfindən məişət tullantılarının daşınması və bu xidmətə görə ödənişin müəyyən edilməsi hələki öz əksini tapmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri” ərazisinin sanitariya qaydalarına, gigiyena və ekologiya normativlərinə uyğun olaraq təmizlənməsi,məişət tullantılarının müvəqqəti saxlanılması,müntəzəm daşınması, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə yerli icra hakimiyyəti orqanlarının kommunal təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilərlər. Yenə həmin qaydaların 10.5 bəndində isə bələdiyyələr tərəfindən yalnız bələdiyyə torpaqlarının çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilməsi nəzərdə tutulmuşdur.Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il, 6 iyun tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.7.3 yarımbəndində məişət tullantılarının yığılması,daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Bütün qeyd etdiyim qanunvericilik aktlarından olan nümunələrdəndə məlum olduğu kimi məişət tullantılarının toplanılması, qalaqlanması və təmizlənməsi bələdiyyə müavini kimi mənim səlahiyyətlərim xaricindədir. Beləliklə,hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvələr İdarəsinin İnzibati tənbeh vermə haqqında MN №1784110 saylı, 21 fevral 2024-cü il tarixli qərarı ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Hökməli bələdiyyəsinin sədri tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi adlanan ərazidə xx.xx.2024-cü il tarixdə tullantılarının qalaqlanması faktı İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 2000 manat məbləğində cərimə edilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Belə ki, X5 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X2 inzibati xətanı törətməməsi ilə bağlı şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar