Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-880/2020 30.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının,Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, 38 saylı musiqi məktəbində müəllimə vəzifəsində işləyən, öz deməsinə görə əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510cumaddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində polis əməkdaşları ilə mübahisə edərək onları söyüb təhqir etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz” dairəsi adlanan ərazidə karantin rejimi ilə əlaqədar quraşdırılmış postda xx.xx.2020-ci il tarixdə “Hyundai Elantra” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılmış, nəqliyyat vasitəsində olan şəxslərin yaşayış yerlərini tərk etmələri üçün icazələrinin olması yoxlanılan zaman sürücü Şəxs və nəqliyyat vasitəsində olan sərnişinin icazəsinin olmadığı müəyyən edilmişdir. Şəxs barəsində elektron qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş, sonuncu bununla razılaşmayaraq ucadan qışqırmağa başlamış və nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayaraq digər sürücülərin hərəkətinə maneçilik törətmişdir. Şəxs sənədlər ona qaytarıldıqdan sonra oradan uzaqlaşmış, təxminən 15-20 dəqiqə sonra geri qayıdaraq polislərin ünvanlarına təhqiramiz ifadələr işlətmiş, video çəkiliş etməyə başlamışlar. Bu hərəkətlər nəticəsində təxminən 1 saat ərzində polis əməkdaşları xidməti fəaliyyətləri ilə məşğul ola bilməmişlər. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən Gənclər şəhərciyindən çıxaraq Bakı şəhəri istiqamətində hərəkət edərkən idarə etdiyi “Hyundai Elantra” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz” dairəsi adlanan ərazidə quraşdırılan stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Nəqiyyat vasitəsində onunla yanaşı bacısı qızı Aysun Mirişli və onun rəfiqəsi Aysel Əliyeva olmuşdur. Onun yaşayış yerini tərk etmək üçün icazəsi olmadığından barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla razılaşmayaraq polis əməkdaşları ilə bir qədər mübahisə etmiş, daha sonra oradan uzaqlaşmışdır. Geri qayıdarkən təkrar həmin postdan keçən zaman Aysun Mirişli öz telefonu ilə polis əməkdaşlarını videoya çəkmiş, bununla əlaqədar onlarla polis əməkdaşları arasında yenidən mübahisə yaranmış, o və Aysun əsəbiləşərək ucadan qışqırmağa başlamışlar. Onlar əsəbi olduqları üçün polis əməkdaşları ilə mübahisə etmişlər. Sonda isə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş və məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil Şəxs səmimi peşimançılığını nəzərər alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsəbiləşərək ucadan səs-küy salaraq, polis əməkdaşlarına nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması işdə olan sübutlarla da təsdiq olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 100 (yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-880/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-880/2020
30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver