Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-880/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1973-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron RPİ-nin Qobu PB-dən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Pİ-dən daxil olmuş 06.06.2022-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, X4 25.12.2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək yaşadığı evə qaz sayğacı quraşdırma adı ilə Şəxs tərəfindən aldadılaraq 150 manat pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında Abşeron rayon Pİ-nin İTŞ-nin polis sahə rəisi Qobu PB-nin sahə rəisi X7 bildirdi ki, Abşeron rayonu, Qobu qəsəbəsi, A.Qəribov küç, ev 48-də yaşayan X5 25.12.2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək bir ay əvvəl özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən təqdim edən Şahin adlı şəxsə onun evinə qaz sayğacı quraşdırması üçün 150 manat pul verməsi, lakin sonuncunun vədinə əməl etməyərək onu aldatması və dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirməsi barədə məlumat vermiş, eyni məzmunlu şikayət ərizəsi ilə Qobu PB-nə müraciət edərək bununla əlaqədar qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərdi ki, o, 25.12.2021-ci il tarixdə həmkəndlisi X3 özünü qaz ustası kimi təqdim etmiş və qaz sayğacı düzəltmək üçün ondan 150 manat pul istəmiş və pulu alaraq verdiyi vədə əməl etməmişdir. Sonda o, hazırda əməlindən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında AZA 013907 №-li protokoldan görünür ki, Şəxs 04.06.2022-ci il tarixdə, saat 19:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Şəxs ona olan 150 manat borcunu ödəmiş, buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs , X6 inzibati xəta törətmiş X8 ilə barışdığına, ona dəymiş ziyanın ödənildiyinə və iş üzrə icraata xitam verilməsini xahiş etdiyinə görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatlar ilə digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-880/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-880/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver