Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-881/2020 30.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, öz deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Gənclər şəhərciyi, blok 23 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 510-cu maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs xx.xx.2020-ci il tarixdə ölkədə tətbiq olunmuş karantin rejimini pozmuş və xırda xuliqanlıq etmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci və 510-cu maddələri ilə məhkəməyə verilmişdir. Məhkəməyə daxil olmuş ******* nömrəli və ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində xüsusi icazə almadan hərəkət etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan başqa, o, xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində karantin postunda polis əməkdaşlarını söyüb təhqir etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X2 məhkəmədə verdiyi izahatında göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz” dairəsi adlanan ərazidə karantin rejimi ilə əlaqədar quraşdırılmış postda xx.xx.2020-ci il tarixdə “Hyundai Elantra” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılmış, nəqliyyat vasitəsində olan şəxslərin yaşayış yerlərini tərk etmələri üçün icazələrinin olması yoxlanılan zaman sürücü X4 və nəqliyyat vasitəsində olan iki sərnişinin icazəsinin olmadığı müəyyən edilmişdir. X9 barəsində elektron qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş, sonuncu bununla razılaşmayaraq ucadan qışqırmağa başlamış və nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayaraq digər sürücülərin hərəkətinə maneçilik törətmişdir. Nəqliyyat vasitəsi oradan uzaqlaşdıqdan təxminən 15-20 dəqiqə sonra geri qayıtmış, sürücü Vəfa Axundova və sərnişin Şəxs polislərin ünvanlarına təhqiramiz, nalayiq ifadələr işlətmiş, Şəxs bunu telefonu ilə videoya çəkmişdir. Bu hərəkətlər təxminən 1 saat polis əməkdaşlarının xidməti fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Buna görə də digər şəxslərlə yanaşı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci və 510-cu maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək məhkəmədə verdiyi izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən Gənclər şəhərciyindən çıxaraq xalası X3 evinə getmək üçün Bakı şəhəri istiqamətində hərəkət edərkən xalası X3 idarə etdiyi “Hyundai Elantra” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz” dairəsi adlanan ərazidə quraşdırılan stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman avtomobildə o, xalası X7 və rəfiqəsi X8 olmuşdur. Postdan keçərkən onun və xalasının yaşayış yerini tərk etmələri üçün icazələri olmamış, rəfiqəsi Aysel Əliyevanın icazəsinin isə müddəti bitmişdi. Polis əməkdaşları yoxlama apararkən aralarında mübahisə yaranmış, xalası barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra nəqliyyat vasitəsinin hərəkətinə icazə verilməsi ilə bağlı yenidən polis əməkdaşları ilə mübahisə etmiş, əsəbiləşərək polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Sonda isə o, törətdiyi əməldən peşman olduğunu bildirdi və məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin Qərarın 1.6-cı maddəsinə əsasən bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər. İcazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir. Həmin Qərarın 2-ci hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qərarın 3-cü hissəsinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. İşdə olan sənədlərdən görünür ki, Şəxs qeyd edilən Qərarın tələblərinə əməl etməmiş, yaşayış yerini icazəsiz olaraq sms-məlumat göndərmədən, həm də sözügedən Qərarda göstərilən hallarla əlaqədar deyil, digər məqsədlə (xalası evinə qonaq getmək üçün) tərk etmiş, bununla da sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Eyni zamanda Şəxs polis əməkdaşları ilə mübahisə etməklə, ucadan qışqırmaqla onların ünvanına nalayiq ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 211.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs sərtəşdirilmiş xüsusi karantin rejimi qaydalarını bildiyi halda qəsdən pozmasını, eyni zamanda uca səslə nalayiq ifadələr işlətməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-881/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-881/2020
30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver