Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-883/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1983-ci ildə Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 29.11.2017-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 22000 manat X2 xeyrinə ödənilməmişdir. Abşeron Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 22000 manat tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, fərdi əməklə məşğul olmaqla Gürcüstandan sifarişlə avtomobil gətirir, tələbkara borcu yoxdur, qətnamədən narazıdır, həm də maddi vəziyyəti borcu ödəməyə imkan vermir. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan 28.11.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmış və qərarın surəti tərəflərə göndərilmişdir. İş materiallarında olan 27.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən görünür ki, Nissan Maxima markalı 90 SC-614 dövlət qeydiyyat nişanlı avtomobil 04.06.2019-cu il tarixdə Şəxs adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Ona görə də qərardadın icrası mümkün olmamışdır. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan məktutbundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 16.11.2020-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 06 noyabr 2020-ci il tarixli, 17/75-234714-11T saylı məktubu ilə daxil olmuş Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 8(012)-321/2020 savlı qərardadına baxılmışdır. Bildiririk ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.03 ha torpaq sahəsi üzərində Şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********06 reyestr nömrəsi ilə 06.11.2012-ci il tarixdə qeydə alınmışdır. Aparılan araşdırma zamanı yuxarıda göstərilən 0.03 ha torpaq sahəsinin 0.0272 ha hissəsi müxtəlif vətəndaşlara özgəninkiləşdirilmiş, yerdə qalan 0.0028 ha torpaq sahəsi isə ümumi yol kimi qeydə alındığı müəyyən edilmişdir. Beləliklə, məhdudiyyətin qoyulması nəzərdə tutulan 0.03 ha torpaq sahəsinin 0.0272 ha hissəsi ayrı-ayrı vətəndaşlara özgəninkiləşdirilmiş, yerdə qalan 0.0028 ha hissəsi isə ümumi yol kimi istifadə edildiyindən həbsin qoyulması mümkün olmamışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu mülkiyyətində olan torpaq sahəsi və avtomobili özgəninkiləşdirmişdir. Hazırda fərdi əməklə məşğul olmaqla gəlir əldə edir, buna baxmayaraq borcun ona aid olmadığını bildirməklə borcu ödəməkdən imtina edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 04 iyun 2021-ci il tarixdən inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 04 iyun 2021-ci il, saat 21:30 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 iyun 2021-ci il, saat 21:30 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-883/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-883/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver