Məhkəmə qərarları › İş №3(012)-883/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-883/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-883/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs barəsində Bakı şəhəri BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3 maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3 maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Baş DYPİ tərəfindən tərtib olunan 17 may,2023-cü il tarixli,İXP ******* saylı inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Şəxs barəsində xx.xx.2023 tarixli, İXP ******* protokolun surətinin Şəxs poçt vasitəsi ilə göndərilməsini təsdiq edən müvafiq sənədlər-xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 53.1.7 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh tətbiq etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat rədd edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3 maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol natamam olduğundan protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Bakı şəhəri BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3 maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol natamam olduğundan protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar