Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-885/2020 01.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil oğlu və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İŞ-nin sahə rəisi X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Höməli qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin sahə rəisi X7tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİ-nin sahə rəisi X7 bildirdi ki, xx.xx.2020-ci il tarixdə Tağıyev X6 rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi ünvanında yaşayan X3 məxsus fərdi yaşayış evindən 20 manat dəyərində ətir talamaqla nəticədə ona 20 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarının bayır üzündə divara bərkidilmiş 74 manat dəyərindı elektrik sayğacını talamaqla nəticədə ona 74 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2020-ci il tarixdə Tağıyev X6 rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs8 məxsus evin həyətindən 65 manat dəyərində ev quşlarını talamaqla nəticədə ona 65 manat ziyan vurmuşdur .xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Tağıyev X6 rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs8 evinin həyətindən 20 manat dəyərində xoruzu talamaqla nəticədə ona 20 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bunda başqa o,03.2020-ci il tarixdə Abşeron rayonu,Hökəli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 məxsus evdən 95 manat dəyərində paltaryuyan maşın talamaqla nəticədə ona 95 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X18 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 məxsus evin həyətyanı sahəsindən birinin qiyməti 30 manat olan 2 ədəd xalça və hasarın dibində olan 12-lik velosipedi talamaqla ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus ümumi dəyəri 90 manat məbləğində 6 ədəd ev quşu olan toyuğu talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Bakı-Şamaxı şossesinin Atyalı yaşayış massivi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində müştəri qismində daxil olan “Kia-Optima” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü operator Zərərçəkmiş şəxs3 yanacaq çənini tam doldurması üçün sifariş vermiş, sonuncu isə onun xahişini yerinə yetirmişdir. Lakin həmin sürücü 53 manat təşkil edən ödənişi etmədən operatoru aldadaraq sürüb oradan uzaqlaşmışdır. Nəticədə ona 53 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin həyətindən 50 manat dəyərində velosipedi talamaqla nəticədə ona 50 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin həyətindən ümumilikdə 80 manat dəyərində işıqlandırıcını, peyk antenasını və 5 ədəd plastik borunu talamaqla nəticədə ona 80 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs6 məxsus evin həyətindən ümumilikdə 100 manat dəyərində toyuqları, velosipedi və manqal üstlüyünü talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda yaşayan X1 iş yerindən 100 manat dəyərində Samsung markalı mobil telefonu talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil oğlu Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il, saat 16:00 dəqiqədən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-885/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-885/2020
01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver