Məhkəmə qərarları › İş №3(012)-885/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-885/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-885/2022 21.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Cəlilabad rayonu, Xanəgah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəlilabad rayonu, Xanəgah kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Yol X8 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Yol X15 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 27 aprel 2022-ci il saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazəisindən keçən 15,4-cü kilometrliyində Şəxs idarə etdiyi Opel Astra markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60 km sürətlə Şamaxı rayon istiqamətində hərəkətdə olarkən ara məsafəsi saxlama qaydasını pozaraq avtomobilinin ön hissəsi ilə qarşısında eyni istiqamətdə hərəkətdə olan və yolu keçən piyadalara yol vermək üçün avtomobili dayandıran X2 məxsus Mersedes Benz C180 markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Opel Astra markalı avtomobildə olan sərnişin X9 və Mersedes Benz C180 markalı avtomobilin sərnişinləri X4 və 2022-ci il təvəllüdlü X7 xəsarət almışlar. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, idarə etdiyi Opel Astra markalı, ** CG *** dövlət qeydiyyat nişanlı minik avtomobillə 27 aprel 2022-ci il saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazəisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, yolu keçən piyadalara yol vermək üçün qarşıda dayanmış Mersedes Benz C180 markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilində olan sərnişin X9 və Mersedes Benz C180 markalı avtomobilin sərnişinləri X4 və 2022-ci il təvəllüdlü X7 xəsarət almışlar. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin Yol X13 və zərər çəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin Yol X11 nümayəndəsi və zərər çəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin və zərər çəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 854 №-li rəyindən görünür ki, X1 bədəni üzərində olan xəsarətlər - sağlamlığa zərər vurmayan xəsarət oluduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 877 №-li rəyindən görünür ki, X6 bədəni üzərində olan xəsarətlər - sağlamlığa zərər vurmayan xəsarət oluduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 855 №-li rəyindən görünür ki, X3 bədəni üzərində olan xəsarətlər - sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 19:02-də tərtib olunmuş 2/13995 nömrəli aktdan görünür ki, Şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində yüngül dərəcəli xəsarət almış zərərçəkmiş şəxs X5 münasibətdə isə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti BDYPİ-nin YPXAna göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası BDYPİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar