Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-886/2022 24.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X19 katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X11 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Torpaqlarının idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi X7 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X8 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və cərimənin silinməsi barədə şikayətinə xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X8 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X1 etibarnamə üzrə nümayəndəsi X16 bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müfəttişi X8 imzası ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X15 vətəndaş X9 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq müəyyən edib ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti aparmaqla məqsədli təyinatına uyğun olmadan başqa məqsədlər üçün istifadə edir. X2 Azərbaycan Respublikası İXm-nin 247 ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq X9 inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 500 (beş yüz) manat cərimə olunmuşdur. Qeyd olunan 2022-ci il 18 yanvar tarixli ******* nömrəli protokolun tərtib olunmasından X4 xəbəri olmamış. Ona vaxtında bməlumat verməmişdlər. Qeyd olunan torpaq sahəsi S.İbrahimovanın xüsusi mülkiyyətindədir . Həmin torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi 160607483, qeydiyyat tarixi 22.11.206, MN seriyalı ******* saylı çıxarışı ərizəyə əlavə edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2008-ci il tarixli, 1218 saylı sərəncamı ilə X5 həmin torpaq sahəsində fərdi yaşayiş evinin tikintisinə icazə verilmişdir. O, özbaşına tikinti aparmamışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2008-ci il tarixli, 1218 saylı sərəncamının surətini ərizəyə əlavə edilmişdir. Sonda o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X8 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Torpaqlarının idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi X13 bildirdi ki, X3 rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.10 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirmədən fərdi yaşayış evi inşa etdirmişdir. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki inzibati işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X8 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.10 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini təyinatını dəyişdirmədən fərdi yaşayı evi inşa etdirdiyi üçün o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX №0626678 saylı çıxarışından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq X4 mülkiyyətindədir. İş materiallarında olan Abşeron RİHB-nın xx.xx.2008-ci il tarixli qərəncamından görünür ki, X6 DƏDR MH seriyalı ******* saylı çıxarış ilə məxsus Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının 4-cü maddəsinə əsasən məqsədli istifadəsinə və hüquqi rejiminə görə münbitliyi təmin olunan torpaqlara kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunan və oluna bilən az yararlı və yararsız torpaqlar daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yuxarıdakılara əsasən hesab edirəm ki, X9 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 247.2-ci maddəsilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.2.-ci bəndinə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən mülkiyyətində 0.10 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq olduğundan orada təyinata uyğun olmayan tikinti işlərinin aparılmasını yolverilməz hesab edir və torpağın kateqoriyası dəyişdirildikdən sonra orada hər hansı tikinti işlərinin aparılması mümkün ola bilər. Buna görə də X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X8 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə şikayəti təmin edilməməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X8 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X15 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X15 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-886/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-886/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver