Məhkəmə qərarları › İş №3(012)-889/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-889/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-889/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6, protokolu tərtib edən şəxs Ekoloji Nəzarət üzrə Yol patrul xidməti baş inspektoru polis leytenantı X1 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, yataqxana 5, 42-ci məhəllədə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 511.1.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyündən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyündən inzibati xəta haqqında 15 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokol daxil olmuşdur. Protokoldan görünür ki, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 95 ünvanında Hyundai Elantra minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs eyni tarixdə saat 16.24 radələrində manevr qaydalarını pozmaqla Abşeron rayonu ərazisində nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yerin səthi ilə sürtünməsi səsini çıxartmaqla yolun səthində çoxsaylı təkər izləri buraxmışdır, həmçinin avtpmobilində əlavə olaraqü səs boğucu sisteminə müdaxilə etmişdir, ona görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 342.5 yəni Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə və Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyəti nəzərdə tutan protokol tərtib olunmuşdur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib edən şəxs polis serjantı X3 protokolla eyni məzmunlu izahat verməklə barəsində icraat aparılan şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilmir. Qeyd olunan tarixdə onun həmin istiqamətdə avtomobillə hərəkət edərkən videoregistrator vasitəsilə görüntüsü qeydə alınmışdır. O, manevr qaydasını pozsa da, xuliqanlıq hərəkətlərinə yol verməmişdir, 15 aprel 2024-cü il tarixində Ekologiya YPX əməkdaşları tərəfindən saxlanılmış, avtomobili isə postda saxlanıldıqdan sonra, ona məxsus nəqliyyat vasitəsinin də hara aparıldığından xəbərsizdir, ertəsi gün ekologiya postuna yaxınlaşsa da orda ondan pul tələb edilmişdir, ona görə də qeyd olunan hallarla bağlı 102 xidmətinə şikayət etmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. X2 məhkəmədə çıxış etməklə bildirmişdir ki, pensiyadadır, Xırdalan şəhərində yaşayır, avtobusla 20 yanvar dairəsində Xırdalan şəhərində gedərkən yolda bir 007 dövlət qeydiyyat nişanlı Hyunday markalı avtomobil avtobusun qarşısına çıxmış, avtobus da qəflətən əyləcə basmış, onun dizi qarşıda olan oturacağa dəymişdir, avtobusda olan digər sərnişinlər və o, narazılıq bildirəndə avtobus sürücüsü qarşısına çıxan avtomobillə bağlı əyləcə basmağa məcbur olduğunu bildirmişdir. O, yola baxanda Hyunday markalı avtomobilin davamlı olaraq yolda etdiyi təhlükəli manevr və ziqzaq hərəkətlərini görmüş və 102 xidmətinə məlumat vermişdir. 102 xidməti məşğul olmuş, o da fikirləşmişdir ki, yəqin DYP sürücünü saxlamayacaq həmin avtomobili, lakin görəndə ki, avtomobil saxlanıldı, o da 102 yə yığmamış və həmin yerdə avtobusdan düşmüş və avtomobilin saxlandığı yerdə digər polis əməkdaşlarına yaxınlaşmaqla gördüyü hallarla bağlı şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Anar Qasımlı bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibi yoxdur, təqdim edilən şahidin də ifadəsi şübhəlidir, həmin gün orda heç kim şahid qismində iştirak etməmişdir, Şəxs avtomobilinin həmin günə aid görüntüsü də mövcuddur, ona görə də xahiş edir ki, iş üzrə icraata xitam verilsin. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki 15 aprel 2024-cü il tarixdə Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 95 ünvanında tərtib olunmuş protokola əsasən Hyundai Elantra minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs saat 16.24 radələrində Abşeron rayonu ərazisində nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yerin səthi ilə sürtünməsi səsini çıxartmaqla yolun səthində çoxsaylı təkər izlərinin buraxmasını təsdiq edən disk məhkəməyə təqdim olunmuş, həmçinin inzibati xəta törədən şəxsin də təqdim etdiyi flaş karta məhkəmə prosesində baxış keçirilmiş, protokolda qeyd olunan hallar təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Bununla belə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsilə nəzərdə tutulan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla, həm də onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq etməklə cəzanın məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 manat cərimə cəzası növündə inzibati tənbeh tədbiri tətbiq edilsin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələri ilə inzibati xəta törətməsinə dair materiallar baxılması üçün Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyündən göndərilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə və Sumqayıt şəhəri İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan disk və flaş kart iş materiallarında saxlanılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar