Məhkəmə qərarları › İş №3(012)-89/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-89/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-89/2022 13.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı şikayətçi X2 Bakı Nəqliyyat Agentliyinin 04.03.2020-ci il tarixli BNA0847386 saylı, 06.09.2020-ci il tarixli, BNA0975889 saylı, 08.11.2020-ci il tarixli, BNA1117791 saylı, 23.03.2021-ci il tarixli, BNA1380227 saylı, 16.10.2021-ci il tarixli, BNA ******* saylı, 21.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbehvermə haqqında qərarlarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X3 Bakı Nəqliyyat Agentliyinin 06 sayda qərarlarından şikayət verərək həmin 04.03.2020-ci il tarixli BNA0847386 saylı, 06.09.2020-ci il tarixli, BNA0975889 saylı, 08.11.2020-ci il tarixli, BNA1117791 saylı, 23.03.2021-ci il tarixli, BNA1380227 saylı, 16.10.2021-ci il tarixli, BNA ******* saylı, 21.11.2021-ci il tarixli, BNA 187789 saylı inzibati tənbehvermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, X2 şikayət etdiyi Bakı Nəqliyyat Agentliyinin 06 (altı) ədəd inzibati tənbehvermə haqqında qərarlarından bir ərizədə şikayət verilmişdir. Halbuki inzibati tənbehvermə haqqında qərarlarda göstərilən inzibati xəta hadisələri Bakı şəhərinin müxtəlif ərazilərində törədilmişdir. Həmçinin qanunda qərarlardan deyil yalnız qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 134.1.1 maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında;134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 134.1.4cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan birini qəbul edə bilər. X1 rayonu, Fatmayi qəsəbəsi, Q. Qocayev küçəsi, ev 23-də qeydiyyatda olub yaşasada onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsadət şikayətə əlavə edilməmişdir. Halbuki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Bakı Nəqliyyat Agentliyinin 06 (altı) ədəd inzibati tənbehvermə haqqında qərarlarından verdiyi şikayət yuxarıda göstərilən nöqsana görə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132 və 133, 134-cü maddələrini nəzərə alaraq, QƏRARA ALDİM : X2 Bakı Nəqliyyat Agentliyinin 04.03.2020-ci il tarixli BNA0847386 saylı, 06.09.2020ci il tarixli, BNA0975889 saylı, 08.11.2020-ci il tarixli, BNA1117791 saylı, 23.03.2021-ci il tarixli, BNA1380227 saylı, 16.10.2021-ci il tarixli, BNA ******* saylı, 21.11.2021-ci il tarixli, BNA 187789 saylı 06 (altı) ədəd inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar