Məhkəmə qərarları › İş №3(012)-89/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-89/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-89/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qubanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin kiçik inspektoru X1, Barəsində inzibatı xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 552-ci maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11-29 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yükdaşıma fəaliyyəti göstərərkən fərqlənmə nişanı təminat proqramı vasitəsi ilə aparılan yoxlama zaman fərqlənmə nişanının olmaması aşkar edilmiş, bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin kiçik inspektoru X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11-29 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yükdaşıma fəaliyyəti göstərərkən fərqlənmə nişanı təminat proqramı vasitəsi ilə aparılan yoxlama zaman fərqlənmə nişanının olmaması aşkar edilmiş, həmçinin əməkdaşların xidmətinə mane olaraq tabesizlik göstərmişdir. Ona görə də Barəsində inzibatı xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati qaydada cəzalanmasını xahiş etmişdir. Barəsində inzibatı xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək özünü təqsirli bilməyərək bildirmişdir ki, “Daewo Damas” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus deyil. Nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərək fərdi evlərə su daşımaqla məşğuldur. Hal- hazırda nəqliyyat vasitəsini sahibinə qaytarmışdır. Buna görə də barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin Bakı Regional şöbəsi tərəfindən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Daewo Damas” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin foto şəklindən həmin nəqliyyat vasitəsinin sürücüsü yük daşıma fəaliyyəti ilə məşğul olur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 552-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanının tətbiq edilməsi” Qaydalarının tələblərinə əsasən Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, Şəxs qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin əməkdaşlarına təqdim etməyərək İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakteriza edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə, göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 45-48, 114, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ AZ-0100 Xırdalan şəhəri, Kalyubeya küç.,Tel: Tel: (012) 342-07-07, Faks: Faks: (012) 342www. Elektron ünvan Elektron ünvan xx.xx.2022-ciil № 3(012)-1800/2022 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 45, mənzil 13 – inzibatixətatörətmişDadaşov Samir Əsgər oğluna Abşeron RayonMəhkəməsininxx.xx.2022-ci iltarixliqərarının surəti məlumatüçün Sizəgöndərilir. Qoşma: qərarınsurəti______vərəqədə Məhkəməninhakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar