Məhkəmə qərarları › İş №3(012)-89/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-89/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-89/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, X1 müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 014001/09239 nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 014001/09239 nömrəli qərarın ləğv olunmasını və inzibati xəta üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində Xaçmaz Gömrük İdarəsinin rəsi müavini X4 tərəfindən 29 noyabr 2024-cü il tarixli, 014001/09239 №- li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Sözügedən qərar əsasında barəsində inzibati xətanın bilavasitə obyekti olan 6744,50 ABŞ dolları (11465,65 manat) məbləğində vəsaitin dəyərinin 30 (otuz) faizi, yəni 3439,70 AZN məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bildirmək istəyir ki, barəsində qəbul edilən qərar tamamilə qanunsuzdur və o özünü qərarda öz əksini tapan həmin maddə ilə təqsirli bilmir. Belə ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elman Əsgərov arasında 18 fevral 2024-cü il tarixində AX-180224 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mallar ixrac olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən qəbul edilmiş qərar əsaslandırılarkən Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunan Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci yarımbəndinə əsaslanmışdır. X9 Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur. Məcburi qaydada köçürülməni nəzərdə tutan normativ hüquqi akt isə Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı Fərmanıdır. Müqaviləyə əsasən, malın ixracından sonra xarici alıcıdan ödəniş alınması gözlənilirdi. Lakin alıcı tərəfindən ödənişin edilməməsi və ya gecikməsi ilə bağlı müvafiq yazışmalar və sənədlər mövcuddur. Bu ödənişin gecikməsi və ya alınmaması, onun tərəfndən həyata keçirilən ixrac əməliyyatına aid olmayan xarici amillərdən (məsələn, alıcının müqavilə öhdəliklərini yerinə yetirməməsi və ya digər obyektiv səbəblərdən) baş vermişdir. Buna görə də, "məcburi qaydada" valyutanın qaytarılmaması onun tərəfindən deyil, xarici alıcıdan və onun ödəniş öhdəliklərini yerinə yetirməməsindən qaynaqlanır. Ona görə də, qəbul edilən qərarın ləğv olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında X3 müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X5 ünvanlanmış məktuba əsasən, xx.xx.2024-cü il tarixli AX-180224 saylı müqavilə üzrə alınan 6477,50 ABŞ dolları məbləği dəyərində olan meyvə məhsulları korlanmış,keyfiyyətin itirdiyindən itirilmiş hesab olunub, borclu olduqları məbləği ödəmək mümkün olmamışdır. Bu səbəbdən də, X3 xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 6744,50 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsində təqsiri olmadığından, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 014001/09239 nömrəli qərarın ləğv olunmasını və inzibati xəta üzrə işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 014001/09239 nömrəli qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, ona İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 6744,50 ABŞ dolları (11465,65 manat) məbləğində vəsaitin dəyərinin 30 (otuz) faizi, yəni 3439,70 AZN məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi, onun 6744,50 ABŞ dolları (11465,65 manat) məbləğində vəsaiti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən müvəkkil olunmuş bank hesabına köçürülməsini təmin etməsi, onun tərəfindən 6744,50 ABŞ dolları (11465,65 manat) məbləğdə vəsaitin xx.xx.2024-cü il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarəti Xaçmaz Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. X7 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli AX-180224 saylı müqavilədən görünür ki, Satıcı meyvə və tərəvəz məhsulunu təzə, qurudulmuş, digər emala məruz qalmış, xarici istehsalı olan, bundan sonra Mal adlandırılan məhsulu satır, Alıcı isə müqavilə üzrə tədarük edilən malın hər partiyası üçün Satıcı tərəfindən irəli sürülmüş invoyslara uyğun olaraq qiymətə və miqdarda, çeşiddə satınalır. Müqavilənin qiyməti və ümumi məbləği 49.900 ABŞ dollarıdır. Müqavilə xx.xx.2024-cü ildə qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X5 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şirkət tərəfindən xx.xx.2024-cü il tarixli AX-180224 saylı müqavilə üzrə X2 alınan 6477,50 ABŞ dolları məbləği dəyərində olan meyvə məhsulları itirmişdir (İnvoys 01). Bu səbəbdən də X5 borclu olduqları məbləği ödəmək mümkün olmamışdır. Göstərilənlərin nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən “Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X5 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan göründüyü kimi Şirkət tərəfindən xx.xx.2024-cü il tarixli AX-180224 saylı müqavilə üzrə X2 alınan 6477,50 ABŞ dolları məbləği dəyərində olan meyvə məhsulları itirmiş olduğundan X5 borclu olduqları məbləği ödəmək mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, bu əsasda şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 014001/09239 nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 014001/09239 nömrəli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar