Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-890/2022 29.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X11 katibliyi, X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Torpaqlarının idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi X3 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X1 bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron Ərazi Şöbəsi tərəfindən 29 aprel 2022-ci il tarixdə ******* saylı protokol tərtib olunmuşdur. Sözü gedən protokola əsasən sonradan 13 may 2022-ci il tarixdə MN № ******* saylı İnzibati Tənbeh vermə haqqında qərar qəbul edilmiş və İXM-nin 244.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərar ona rəsmi olaraq göndərilsə də ona təqdim olunmamışdır. Buna əsasən sözü gedən qərarın tərtib olunmasından məhz mobil telefonuna icra qərarının qüvvəyə minməsi haqqında bildiriş gəldikdən sonra məlumatı olmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı,əsassız protokol və qərar tərtib edən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Aşağıda sadalayacağı faktlar inzibati protokolun onun iştirakı və xəbəri olmadan tərtib olunduğun bariz nümunəsidir. İlk öncə onu qeyd edim ki, sözü gedən torpaq sahəsi 2002-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə etmişəm. Torpaq sahəsini əldə etdikdən sonra üzərində tikinti işləri aparmaq üçün aidiyyati dövlət qurumlarına müraciət edərək evin tikintisi üçün icazə almışdır. Həmin ildən tikinti işlərini başlamışdır. Artıq 20 ildən çoxdur ki, sözü gedən ünvanda ailə üzvləriylə birlikdə yaşayır. Bu zamana kimi hər hansı dövlət qurumu torpaq sahəsini təyinatından kənar işlətməyiylə bağlı ona iradını bildirməmişdir. Sözü gedən protokol qanunvericiliyin tələblərinə istinad olunmadan şəxsi prinsiplər əsasında tərtib olunmuşdur. Belə ki,qonşuluqda yüzlərlə evlər yerləşsə də heç kimə protokol tərtib olunmamış və məsuliyyətə cəlb olunmamışdı Bundan əlavə onuda qeyd edir ki, sözü gedən protokolun tərtib olunması qanunvericiliklə qadağan olunmuş “dövlət tərəfindən ayrıseçkiliyin yol verilməməzliyi” prinsiplərini kobud şəkildə pozur. Bundan əlavə qeyd edir ki, protokol iştirakı olmadan və torpaq sahəsinə baxış keçirilmədən tərtib olunmuşdur. Təbii ki, bu da sözü gedən protokolun hüquqi əhəmiyyətini sıfıra endirir. Sonda o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Torpaqlarının idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi X6 bildirdi ki, X2 rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.05 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirmədən fərdi yaşayış evi inşa etdirmişvə torpağın münbit qatını korlamışdır. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki inzibati işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki X2 rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0.05 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini təyinatını dəyişdirmədən fərdi yaşayı evi inşa etdirdiyi üçün o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının 4-cü maddəsinə əsasən məqsədli istifadəsinə və hüquqi rejiminə görə münbitliyi təmin olunan torpaqlara kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunan və oluna bilən az yararlı və yararsız torpaqlar daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yuxarıdakılara əsasən hesab edirəm ki, X7 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 244.2-ci maddəsilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.2.-ci bəndinə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən mülkiyyətində 0.05 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq olduğundan orada təyinata uyğun olmayan tikinti işlərinin aparılmasını yolverilməz hesab edir və torpağın kateqoriyası dəyişdirildikdən sonra orada hər hansı tikinti işlərinin aparılması mümkün ola bilər. Buna görə də X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə şikayəti təmin edilməməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin müdir vəzifəsini icra edən X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-890/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-890/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver